Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında sağlamlıq imkanları məhdud uşaqlar arasında “Naxçıvan – tarixi abidələr diyarı” adlı rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə bu qəbildən olan 10 uşaq iştirak edib. Sonda qaliblərə qiymətli hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarını artırmaq və sosial reabilitasiyalarına nail olmaqdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti