26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Səhər saatlarıdır. Şəhərdən çıxırıq. Üfüqdən az əvvəl boylansa da, qışın soyuq gecəsində üşümüş torpağı qızdırmaq üçün gücü çatmayan, buludların arxasından ara-sıra görünərək tez-tez də gizlənən qızılsaçlı Günəşin zəif şüaları altında xidməti avtomobilimizdə sürətlə irəliləyirik. Maşınların səs-küyü, siqnal səsləri, işıqforlarda gözləmək, işlərinə gecikməmək üçün tələsən adamların xəfifcə həyəcanlı görünən üzləri, ictimai nəqliyyat dayanacaqlarında tez-tez saata baxaraq avtobus gözləyən tələbə və müəllimlər. Bunlar hamısı arxada qalır. Biz Şahbuz rayonunun ucqar dağ kəndlərindən birinə yollanırıq – ölkəmizin bənzərsiz gözəlliyə malik yaylaqlarından olan Batabatın iki addımlığında yerləşən, uca dağların qoynunda qərar tutan Biçənək kəndinə: Şahbuzun buz kimi bulaqlarının çağladığı, Zəngəzur silsiləsinə birləşən, hələ bir neçə gün əvvəl ağ yorğanını üstünə çəkmiş dağların qoynunda qərar tutan Biçənəyə. O Biçənəyə ki yeni görkəmindən, nikbinlik doğuran növrağından verəcəyimiz sevindirici xəbərlər qəzetimizin doğma yurdun çiçəklənməsindən fərəh hissi keçirən bütün oxucularının sevincinə sevinc payı qatacaq.

Yolların kənarındakı otların üstündə, ağacların gövdələrində qırov görünür. Gecə soyumuş hava azacıq belə olsun, qızmayıb. Amma bu, yol inşaatçılarını qətiyyən işdən saxlamır. Onların hamısı iş başındadır. Naxçıvan şəhərindən başlayaraq bizim üz tutduğumuz ünvanadək uzanacaq yeni yolun çəkilişi ilə məşğuldular. Qreyderlər işləyir, yük maşınları torpaq, qum, çınqıl daşıyır. Güclü traktorlar daşları, qayaları parçalayıb dağıdır. Fəhlələr yolun üstündə yerləşən köhnə körpüləri söküb yenisini tikirlər. Su­ötürücü qurğular quraşdırırlar.

Yetişirik rayon mərkəzi olan Şahbuz şəhərinə. Heydər Əliyev prospekti boyunca hər iki tərəfində uca çinarların sıralandığı mərkəzi yolla irəlilədikcə bu kiçik şəhərə diqqət kəsilirsən. Ətrafdakı səliqə-sahman, təmizlik, yeni və hamısı bir-birindən gözəl, gözoxşayan binalar... 
Rayon mərkəzindən Biçənəyə tərəf gedən yolun 10-cu kilometrliyində Kolanı kəndi yerləşir. Bu bağlı-bağatlı kəndin içindən keçir həmin yol. Ağaclar yarpaqlarını töküb. Bar-bəhəri çoxdan yığılıb meyvə bağlarının. Bir neçə il əvvəl burda yeni sosial obyektlər tikilib kənd camaatının istifadəsinə verilib: üçmərtəbəli, yaraşıqlı kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi.
Kolanı kəndindən iki kilometr sonra bu yoldan sol tərəfə bir yol ayrılır. Həmin yol Aşağı və Yuxarı Qışlaq kəndlərinə gedir. Bu kənd­lərin də hər ikisində kənd, xidmət mərkəzləri, məktəb binaları tikilib.
Bir az irəlidən sağ tərəfə ayrılan yol isə Ağbulaq və Gömür kəndlərinə qalxır. Ağbulaqda hazırda yeni sosial obyektlər tikilir. Bu kənddə həm də Turizm və İstirahət Kompleksi inşa olunur. Əlbəttə ki, yaxın günlərdə ağbulaqlı məktəblilər də uçuq-sökük məktəbə yox, səliqəli kənd yolu ilə təzə məktəb binasına yollanacaqlar. Kənd camaatı isə sosial xidmət obyektlərindən rahatlıqla istifadə edəcək.
Hələ Kolanı kəndindən yenicə çıxmışdıq ki, ətrafda tala-tala qar görünməyə başladı. Avtomobilimiz Biçənəyə doğru irəlilədikcə yüksəklik artır, qarın qalınlığı da çoxalırdı. Bu qar rayonun ucqarlarına bir neçə gün əvvəl yağmış ilk qar idi. Düşünmək olardı ki, qar çox olarsa, belə dağ kəndlərinin yollarında avtomobillərin gediş-gəlişi çətin olar. Amma yox, öyrəndik ki, yağan qar mütəmadi olaraq texnika vasitəsilə təmizlənir. Yolun kənarlarında təxminən 20 santimetrə qədər qar var. Amma yollar tərtəmizdir.

Bu da Ermənistanla olan dövlət sərhədlərimizin 9 kilometrliyində yerləşən, qəsəbə timsallı bir kənd. Gəzdik, dolaşdıq. İnsanlarla həmsöhbət olduq. Bu ucqar dağ kəndində 1212 nəfər sakin məskunlaşıb. Kənd üz-üzə dayanan iki dağın qoynunda yerləşir. Dağların ortasındakı dərə ilə başlanğıcını daha yuxarıdan – Batabat yaylağından götürən Naxçıvançay axır. Dağların zirvəsindən kəndə baxanda adamda elə bir təəssürat oyanır ki, sanki iki əlinlə açıq vəziyyətdə tutduğun ovucunun içinə baxırsan. Əllərinin hər birinin iç tərəfi isə üz-üzə dayanan bu dağlardır. Çox qəribə mənzərədir. Üz-üzə dayanan bu iki dağın uzantısı boyunca yerləşən yamaclarda – Naxçıvançayın hər iki sahilində evlər və təsərrüfatlara aid meyvə bağları, bağçalar sıralanıb.
Kənddə bütün dövlət və sosial xidmət müəssisələri üçün əlverişli şərait yaradılıb, yeni binalar tikilib. Bu ilin noyabr ayının 23-də isə müasir məktəb binası istifadəyə verilib.
2007-ci ildə Naxçıvan Dövlət Universitetinin yaradılmasının 40 illiyi qeyd olunurdu. Xatirimdədir, həmin ilin avqust ayı idi. Şahbuz Rayon Mədəniyyət Evində universitetin yubiley tədbiri keçirilirdi. Yubiley tədbirinə həmin universitetin şahbuzlu məzunları çağırılmışdı, ictimaiyyətin nümayəndələri iştirak edirdilər. O vaxt ali təhsil ocağının rektoru, akademik İsa Həbi­bbəyli çıxışında Şahbuz rayonunda tikilən orta məktəb binalarının bir neçəsinin adını çəkdi, onların maddi-texniki baza imkanlarından danışdı və yeni istifadəyə verilmiş qəsəbə məktəbini (o vaxt Şahbuz qəsəbəsinə şəhər statusu verilməmişdi) misal göstərərək yarızarafatla dedi: Şahbuz qəsəbə məktəbinin yeni binasının üzərindəki “Məktəb” sözünün yerinə “Şahbuz Dövlət Universiteti” yazılsaydı, yəqin ki, hamı elə biləcəkdi ki, həqiqətən, burada yeni universitet açılıb və bu da onun yeni korpusudur. Binayla, sinif otaqlarıyla, buradakı şəraitlə tanış olan, hətta binaya kənardan baxan kimsədə buna şübhə yaranmazdı...
...Biçənək kənd tam orta məktəbinin sinif otaqlarını gəzdim, kitabxanayla, kompyuter sinfiylə, elektron lövhəli siniflərlə, fənn laboratoriyaları ilə tanış oldum. Bu tanışlıq beş il əvvəl akademikin dediyi həmin cümləni xəyalımda bu kənd məktəbinə daşıdı.
Məktəb binasında tədris işini müasir tələblər səviyyəsində qurmaq, ən yaxşı nəticələri əldə etmək, cəmiyyətimizə dünyagörüşlü, bilikli, vətənpərvər vətəndaşlar hazır­lamaq üçün hər cür imkan var. Bütün bunlara görə məktəbin direktoru Həzi Quliyev əmindir ki, bu il ali məktəblərə qəbul olunanların sayı artacaq.
İdman məşğələlərini yüksək səviyyədə keçmək üçün idman zalı fəaliyyət göstərir. Məktəbin voleybol komandası məşqçi-müəllim Fəxri Rəhimovun başçılığı ilə həftənin sonunda keçiriləcək məktəblərin voleybol üzrə zona yarışına hazırlaşırdı. Şahmat dərnəyində Bəbir Məmmədov, Uğur Sarıyev, Miryəhya Seyidov kimi yaxşı şahmat oynayan şagirdlər var idi. Onların gələcəkdə yaxşı şahmatçı olacaqlarına inanmaq olar.

Kim nə deyir-desin, bütün fəsillərin özünəməxsus gözəlliyi var. Təbiət mükəmməldir. Dörd fəslin hər biri Yer kürəsi var olandan təbiətin mövcud olan qanunlarındandır. Bu fəsillərdən biri də qışdır. Hətta mən deyərdim ki, gözəlliyinə görə payızdan sonra qış gəlir. Amma təbiətin bu gözəl fəslini duymaq üçün onun çətinliklərindən qurtulmaq lazımdır...
Kənddən ayrılırıq, yerdə 20 santimetr qar var, hava soyuqdur. Amma evləri mavi qazla yanan sobalar qızdırır. Axşam saatlarıdır və bütün evlərin pəncərələrindən elektrik lampalarının işıqları görünür. Küçələrdə zığ-palçıq yoxdur. Bunları nəzərə alsaq, demək olar ki, belə bir ucqar kənd bu soyuq fəsli keçirmək üçün, bəlkə də, ən əlverişli yerlərdəndir. Biçənəklilər uca dağların qoynunda qərar tutan kəndlərində qış fəslinin bütün gözəlliklərini əsl zövqlə yaşamaq imkanına sahibdirlər. Əlbəttə, bu imkanı onlar üçün dövlətimiz və təbiətimiz təmin edib.
Günbatışı vaxtıdır. Şəhərə qayıdırıq. Gördüklərim məni sevindirir. Həm də ikiqat sevindirir. Ona görə ki, mən bu rayonda doğulub-böyümüşəm. Bayaqdan adını çəkdiyim, haqqında danışdığım kəndlərin hamısında uşaqkən olmuşam. Onda nə belə gözəl yollar var idi, nə təzə məktəb binaları, nə də başqa heç nə... Kəndlərin rəngləri sanki solğun idi. Amma bu gün o solğun tablo yoxdur. Onun yerində yeniliklər var, gözəllik var. Bütün kəndlərdə yeni həyat canlanır. Bu da hər gün yeni-yeni ümidlər doğurur, gələcəyə daha möhkəm inam yaradır. Ümid və inam isə həyat deməkdir.

 

Əzəmət HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3066748
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
780
4574
9681
118079
3066748

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter