31 May 2020, Bazar

Muxtar respublikada 2019-cu ilin yanvar-fevral aylarında 352 milyon 560 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2018-ci ilin ­müvafiq dövrü ilə müqayisədə ­ 0,3 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 772,7 manata çatmışdır.

 * * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 172 milyon 200 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

* * *

Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 73 milyon 180 min manat vəsait yönəldilmişdir. Həmin vəsaitin 69 milyon 850 min manatı və ya 95,4 faizi ­tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2019-cu ilin yanvar-fevral aylarında 15 milyon 145 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Həmin dövr ərzində diri çəkidə ət istehsalı 3615 ton, süd istehsalı isə 5141 ton olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı isə 1,5 faiz artmışdır.

* * *

Bəhs olunan dövrdə informasiya və rabitə xidmətlərinin dəyəri 9 milyon 267 min 100 manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,9 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 7 milyon 436 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,5 faiz artmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2019-cu ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 8 milyon 240 min 900 manat məbləğində kreditlər verilmişdir. Həmin kreditlərin 1 milyon 432 min 100 manatı və yaxud 17,4 faizi qısamüddətli, 6 milyon 808 min 800 manatı və yaxud 82,6 faizi uzunmüddətli kreditlər olmuşdur.

* * *

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bunun 126 növü ərzaq, 257 növü isə qeyri­-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

* * *

Muxtar respublikada bank sekto­runun normal fəaliyyəti təmin ­edilmişdir.
1 mart 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 80 min 520-yə çatmışdır. Bunun da 70 min 712-si və ya 87,8 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar-fevral aylarında açılmış 3099 bank hesabının 3081-i aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 mart 2019-cu il tarixə 1272-yə çatmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2019-cu ilin yanvar­-fevral aylarında 46 milyon 769 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 36 milyon 823 min 700 ABŞ dolları təşkil etmiş, 26 milyon 878 min 400 ABŞ dolları dəyərində müsbət saldo ­yaranmışdır.

* * *

2019-cu ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 433,1 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.

* * *

1 fevral 2019-cu il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 456 min nəfəri ötmüşdür.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR