25 May 2020, Bazar ertəsi

İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində interaktiv dərslərin təşkili üçün hər cür şərait yaradılıb.
2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması, ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, uşaq-gənc­lər şahmat məktəblərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə mütəmadi olaraq şahmat məşğələləri də təşkil edir.
Həmin tədbirlərin davamı olaraq martın 28-də Naxçıvan şəhərində Şahmat Mərkəzində “Qambitlərin izahlı təhlili” mövzusunda növbəti interaktiv dərs keçilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb. Qeyd olunub ki, qambit piyada qurban verməklə oyunda üstün vəziyyətin yaradılmasıdır. Daha sonra “EVANS” qambiti haqqında şagirdlərə geniş məlumat verilib.

İnteraktiv şahmat məşğələsi saat 1100-da ümumtəhsil məktəblərinin şagirdləri, 1200-da isə həmin məktəblərdə şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib. Bununla yanaşı, saat 1500-da rayon şahmat məktəbləri üçün təşkil edilən interaktiv dərsdə muxtar respub­lika şahmatçılarının oyunları təhlil olunub.

İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər, şahmat məktəblərində isə 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib. İnteraktiv dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR