17 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada poçt sahəsinin maddi-texniki bazası möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir.
Son illər rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik xətlərin çəkilməsi, yüksək­sürətli kompüter şəbəkələrinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradır.
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə yüksəksəviyyəli xidmət göstərilməsi üçün öz fəaliyyətini günün tələblərinə uyğun şəkildə qurub. Ucqar dağ və sərhəd kəndlərində yaşayan pensiyaçıların rayon mərkəzinə və Naxçıvan şəhərinə gəlmədən pensiyalarını rahat şəkildə əldə etmələri üçün də müvafiq tədbirlər görülüb. Nəticədə, pensiyaçılar vaxta və vəsaitə qənaət edərək öz pensiyalarını muxtar respublikanın istənilən poçt şöbə və bölmələrindən asanlıqla ala bilirlər. Pensiya ödənişlərinin avtomatlaşdırılması məqsədilə “Naxçıvanpoçt” MMC-nin mütəxəssisləri tərəfindən elektron bazalı proqram təminatın hazırlanması fevral ayının 1-dən əhalinin istifadəsindədir. Pensiyasını poçt məntəqəsindən almaq istəyən vətəndaşlar müvafiq ərizə formasını doldurub, poçt məntəqəsinə təqdim etməklə növbəti aydan pensiyalarını buradan ala bilərlər.

Yeni xidmətdən istifadə edənlərin sayı gündən-günə artır. Artıq muxtar respublikada avtomatlaşdırılmış qayda ilə pensiya alanların sayı 398 nəfər, məbləği isə 80 min manatdan çoxdur. Pensiyaların vətəndaşlara çatdırılması işinin asanlaşdırılması dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının daha bir nümunəsidir.
Yaşadığımız XXI əsrin texnika və texnologiyaların yüksək mərhələsi və sürət əsri olması əhalinin müasir poçt xidmətlərinə tələbatını da artırır. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində bu tələbatların operativ və dolğun şəkildə ödənilməsi, poçt xidmətlərinin dünya standartları səviyyəsinə uyğunlaşdırılması məqsədilə müvafiq tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4259252
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
334
6540
12417
90610
4259252

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter