17 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2019-cu ilin birinci rübündə nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmişdir.
Belə ki, pensiya ödənişinin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görülmüş, bu məqsədlə tələb olunan 35 milyon 248 min manat vəsait pensiyaçıların kart hesablarına köçürülmüşdür. Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilmiş, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına 746 min manat vəsait köçürülmüşdür.
2019-cu ilin birinci rübündə müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 18 milyon 216 min 900 manat vəsait daxil olmuş, pensiya hüququ yaranmış 405 vətəndaş üçün əmək pensiyası təyin olunmuşdur. Yeni təyin olunan pensiyaçılardan 253-ü yaşa, 41-i əlilliyə, 111-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olmuşdur. Ötən dövrdə 63 pensiyaçının müraciəti nəzərə alınaraq pensiyaları kəndlərdəki poçt bölmələrində ödənilmişdir. Əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması işi də diqqətdə saxlanmış, 322 nəfərə fərdi hesab açılmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il 7 fevral tarixli Sərəncamına əsasən cari il yanvar ayının 1-dən etibarən əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 3 faiz artırılmışdır. Sərəncamın icrası nəticəsində muxtar respublika üzrə 48 min 900 nəfərə yaxın pensiyaçının pensiyasında artım qeydə alınmışdır. Həmçinin fərdi uçot sistemində qeydiyyatda olan 172 min 309 sığorta­olunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi xüsusi proqram vasitəsilə avtomatlaşdırılmış şəkildə həyata keçirilmişdir. Dövlət başçısının humanist təşəbbüsü əsasında mart ayının 1-dən etibarən əmək pensiyasının minimum məbləği 38 faiz artırılaraq 160 manata çatdırılmışdır. Bu istiqamətdə operativ tədbirlər həyata keçirilmiş və mart ayının ilk on günlüyündə bütün pensiyaların artımla verilməsi təmin olunmuşdur. Görül­müş tədbirlər nəticəsində muxtar respublika üzrə, ümumilikdə, 11 min 330 nəfərin pensiyalarının məbləği 160 manata çatdırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4259245
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
327
6540
12410
90603
4259245

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter