19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” mövzusunda ilk təlim yekunlaşıb.
Naxçıvan şəhərində keçirilən ikigünlük təlim zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova tərəfindən təlim iştirakçılarına pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırılması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarəedilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verilib. Qarşılıqlı diskussiya ­şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və layihə rəhbəri Sevinc Rüstəmova yekun tədbirdə təlimdə iştirak edən qadınları təbrik edib, 55 təlim iştirakçısına sertifikat və hədiyyələr təqdim olunub.

İştirakçılardan Səriyyə Hüseynova, Züriyyə Musayeva, Gülnar Məmmədova, Xanım Xudadanova və başqaları təlimin keçirilməsinə və qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Qeyd edək ki, “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və icra olunan “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqramı çərçivəsində həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4273359
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2180
5778
26524
104717
4273359

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter