26 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə başçısı tərəfindən uğurla davam etdirilməsi iqtisadiyyatın bütün sahələri üzrə müsbət dinamikanın qorunub saxlanılmasına imkan yaradıb. Ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə artması əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin də əhatə dairəsinin genişlənməsinə səbəb olub. 

Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının və pensiya sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Təkcə son 15 ildə minimum əməkhaqqı və pensiyaların bir neçə dəfə artırılması da qeyd olunanları təsdiq edir. Bu istiqamətdə tədbirlər cari ildə də davam etdirilib. Belə ki, martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının artırılaraq 180 manat müəyyən edilməsi, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qaldırılması birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Dövlət başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə sosial müavinətlərin həcminin artırılması, əhalinin həssas qrupları üçün Azərbaycan Respublikası Prezidentinin yeni təqaüdlərinin təsis edilməsi isə sosial qayğıya daha çox ehtiyac duyan aztəminatlı ­ailələrə göstərilən yüksək diqqət və qayğının daha bir təzahürüdür.

Sosial müdafiə sistemində həyata keçirilən islahatlar muxtar respublikamızda da uğurla tətbiq edilir. Həyata keçirilən məqsədyönlü islahatlar, qəbul olunmuş müxtəlif dövlət proqramlarının müvəffəqiyyətli icrası muxtar respublikanın iqtisadi qüdrətini artırmaqla yanaşı, sosial müdafiə sahəsi üzrə də davamlı inkişafı təmin edib. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun qarşısına qoyulan öhdəliklərin də yüksək səviyyədə icrasına zəmin yaradıb.
Yaradılmış şərait pensiya və müavinətlərin artırılması ilə bağlı ölkə başçısının imzaladığı fərman və sərəncamların muxtar respublikamızda operativ qaydada yerinə yetirilməsi üçün geniş imkanlar açır. Məhz bunun nəticəsidir ki, dövlət başçısının 2019-cu il 7 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublika üzrə 48 min 900 nəfərə yaxın pensiyaçının əmək pensiyasının sığorta hissəsi cari il yanvar ayının 1-dən etibarən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək 3 faiz artırılmaqla ödənişi vaxtında başa çatdırılıb. Bundan başqa, əmək pensiyalarının minimum məbləğinin artırılması ilə əlaqədar muxtar respublikada, ümumilikdə, 11 min 330 nəfər aşağı məbləğdə əmək pensiyası alan pensiyaçının pensiyalarının məbləği 160 manata çatdırılıb.
Muxtar respublikada pensiyaçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların ödənilməsi sistemində mütərəqqi üsullardan istifadə olunur. Hazırda bütün növ əmək pensiyaçıları plastik kartlar vasitəsilə öz pensiyalarını istənilən vaxt rahat şəkildə əldə edirlər. Kənd yerlərində yaşayan pensiyaçıların rayon mərkəzinə getmədən pensiyalarını ala bilməsi üçün də müvafiq tədbirlər görülüb, onların istəkləri nəzərə alınmaqla yerlərdə pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunub.
Fond hər ay olduğu kimi, may ayında da əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, tələb olunan vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülüb. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4498526
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1373
6894
1373
162567
4498526

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter