19 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğuna, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiələrinin gücləndirilməsinə, aztəminatlı ailələrin özünüməşğulluq imkanlarının artırılmasına əlverişli şərait yaradıb. 2019-cu ilin ötən dövrü ərzində də dövlət proqramının  icrası davam etdirilib.

İlin əvvəlində muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb və boş iş yerləri müəyyənləşdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbinə uyğun olaraq keçirilən peşə kurslarına 8-i sağlamlıq imkanları məhdud şəxslər olmaqla, ümumilikdə, 118 nəfər kurslara cəlb edilib. Bununla yanaşı, həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində 32-si sağlamlıq imkanları məhdud şəxs olmaqla, 1099 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin edilib. Bu dövrdə 115 nəfər müvəqqəti, 64 işaxtaran sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilib. Onlardan 10-u sağlamlıq imkanları məhdud şəxsdir.

Hərbi xidmətdən yeni tərxis olunan şəxslərin məşğulluqlarının təmin edilməsi də nəzarətdə saxlanılaraq, bu qəbildən olan 4 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub.
Kənd xidmət mərkəzlərinin kadr təminatı ilə bağlı verilmiş tapşırıqların icrasına uyğun olaraq muxtar respublikanın bütün rayonlarında kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində monitorinqlər aparılıb, xidmət mərkəzlərində mövcud olan vakansiyalar üzrə çalışmaq istəyən şəxslər müəyyənləşdirilərək onların müvafiq peşə kurslarına cəlb olunması istiqamətində işlər davam etdirilib. Xidmət mərkəzlərində vakant yerlər üzrə 14 bərbər, 13 bərbər-manikürçü və 2 dərzi olmaqla, 29 nəfər işlə təmin edilib.
Tədris müddəti ərzində məşğulluq mərkəzləri tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan 1060 şagirdə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən 39 nəfər işlə təmin olunub.
Ailə üzvlərinin birgə əməyinə əsaslanan təsərrüfat növlərinin formalaşması istiqamətində dövlətimiz tərəfindən bu fəaliyyət sahəsinin inkişafı və təşviqi ilə bağlı atılan addımlar ailə təsərrüfatlarının sayının artmasına imkan verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması müxtəlif təsərrüfat sahələrində çalışanlar üçün yeni imkanlar açıb.
Verilən tapşırıqların icrası məqsədilə aparılan təhlillərin nəticələrinə uyğun olaraq 39 ailə təsərrüfatının özünüməşğulluğunun təmin edilməsi istiqamətində 33 ailə iribuynuzlu və xırdabuynuzlu mal-qara, 1 ailə mini yerşumlayan aqreqat, 1 ailə odunkəsən avadanlığı, 1 ailə yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması üçün avadanlıqlar, 1 ailə pinəçi, 1 ailə isə dülgər avadanlıqları və 1 ailə inkubator aparatları ilə təmin olunub.
Bundan başqa, “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial­yönümlü haqqıödənilən ictimai işin təşkili üçün aparılmış təhlillərin nəticələrinə uyğun olaraq 5 xalçaçı müəyyənləşdirilib və ictimai işə cəlb edilib. Onlara xalça toxunması üçün müvafiq material və avadanlıqlar təqdim olunub.
Ötən dövr ərzində qeyri-formal məşğulluğun qarşısının alınması, işəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanmasına nəzarət məqsədilə monitorinqlər aparılıb. 138 sahibkarlıq obyektində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilən 275 işçi aşkar olunub. Əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün işəgötürənlərə xəbərdarlıq edilib.
Qeyd olunanlarla yanaşı, işə­götürənlər tərəfindən iş yerlərində sağlam sanitariya-gigiyena şəraitinin yaradılmasına, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi və əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət məqsədilə 73 obyektdə monitorinqlər keçirilib. Nəzarət zamanı fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 27 işçi həmin vasitələrlə yerində təmin edilib, 16 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb.
Müvafiq dövr ərzində müəssisələrdə əməyin mühafizəsinin təbliği və əmək münasibətlərinin elektron informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilməsi istiqamətində “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”nin tətbiqinə dair 12 seminar təşkil edilib. Görülən işlərin nəticəsi olaraq bu günədək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə 6025 əmək müqaviləsi bildirişi daxil edilib.
Dövlət proqramının icrası istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4093097
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3984
6181
15994
56697
4093097

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter