17 Sentyabr 2019, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında ardıcıl davam edən islahatlar sosial və iqtisadi sahələrdə səmərəli nəticələrin əldə olunmasına, o cümlədən yeni iş yerlərinin yaradılmasına, kiçik və orta sahibkarlığın genişləndirilməsinə, özünüməşğulluğun təmin olunmasına səbəb olub, bu istiqamətdə çoxsaylı layihələr həyata keçirilib. Nəticə etibarilə, muxtar respublikamızda dayanıqlı və sabit iqtisadi sistem formalaşıb.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı kompleks məşğulluq tədbirləri davam etdirilib. Əmək bazarı təhlil olunub, ilin birinci yarısında muxtar respublikada 2293 yeni iş yeri açılıb ki, bunun da 99 faizi daimi iş yerləridir. 1329 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib, 80 nəfər ictimai işlərə cəlb edilib, kənd xidmət mərkəzlərində mövcud olan vakant yerlər üzrə 28 nəfər işlə təmin olunub. Əmək bazarının tələbinə uyğun olaraq təşkil olunan peşə kurslarına 178 nəfər cəlb edilib.

Sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu diqqətdə saxlanılıb, qadınların və gənclərin özünüməşğulluğunu təmin etmək üçün bir sıra sosial layihələr həyata keçirilib, peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə işaxtaranlar məlumatlandırılıb.
2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması müxtəlif təsərrüfat sahələrində çalışanlar üçün yeni imkanlar açıb. Ötən dövr ərzində 60 ailənin özünüməşğulluğu təmin edilib.
“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq əllə xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin, bədii və texniki iş üsullarının, xalça çeşnilərinin bərpası və inkişaf etdirilməsi məqsədilə “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” layihəsi, habelə cəzaçəkmə müəssisəsində xalçaçı kursu təşkil olunub.
Avropa İttifaqı və BMT-nin İnkişaf Pro­qramı tərəfindən maliyyələşdirilən “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” mövzusunda keçirilən təlimlərə sağlamlıq imkanları məhdud 44 qadın cəlb edilib.
Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublika sakinlərinin məşğulluq səviyyəsini yüksəltməklə yanaşı, dövlətimizin öz vətəndaşlarına qayğısının ifadəsi kimi dəyərləndirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
mətbuat xidməti

 

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR