18 Oktyabr 2019, Cümə

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası avqust ayında da diqqətdə saxlanılmış, tədbirlər keçirilmiş, monitorinq və muzeylərə ekskursiyalar təşkil olunmuşdur.
Şahbuz rayonunun Aşağı Qışlaq kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmiş, 205 maarifləndirici broşür paylanılmışdır. Aztəminatlı ailələrin sosial vəziyyətlərinin araşdırılaraq həll edilməsi məqsədilə Culfa rayonunun Əbrəqunus kəndində yaşayan aztəminatlı, II qrup sağlamlıq imkanları məhdud ailəyə baş çəkilmiş, ailə üzvləri tibbi müayinədən keçirilmiş və ehtiyaclarına uyğun köməklik göstərilmişdir. Həmçinin Şərur rayonu üzrə valideyn himayəsindən məhrum olmuş 5 uşağın sağlamlığı, təhsili, yaşayış şəraitləri ilə maraqlanılmışdır.

Ötən ay muxtar respublikada uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilmişdir. Eyni zamanda uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına uşaqlar haqqında fərdi məlumatların yeni proqrama uyğun daxil edilməsi davam etdirilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər də görülmüş, 10 uşaq məktəb, məktəbdən­kənar təlim-tərbiyə və müalicə-­reabilitasiya müəssisələrinə cəlb olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR