21 Oktyabr 2019, Bazar ertəsi

Sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq. Bu fərq 0,5-0,7 dərəcə təşkil edəcək. Lakin hava bir qədər küləkli olacaq. Sentyabrın 26-dan 27-nə keçən gecə Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə ediləcək. Küləyin maksimal sürəti saniyədə 15-20 metrə çata bilər. Növbəti küləkli dövr sentyabrın 28-dən 29-na keçən gecə qeydə alınacaq. Külək güclənsə də, şiddətli olmayacaq.

 Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Departamentin direktoru bildirib ki, oktyabrın ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq. Havanın temperaturunun iqlim normasından 0,5-1 dərəcə yüksək olacağı gözlənilir. Yağıntılar bəzi şimal və şərq rayonlarında normadan bir qədər çox olacaq.

“Keçid dövrünə xas proseslər noyabrın ikinci yarısında müşahidə ediləcək. Həmin ayda hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi digər payız ayları ilə müqayisədə daha tez-tez müşahidə olunur. Fəsli proqnozlar Ümumdünya Meteorologiya Təşkilatının 5 iqlim mərkəzlərində hazırlanıb və üzv ölkələr üçün yayımlanır. Həmin mənbələrə istinadən deyə bilərik ki, payız fəslində bizim regionda havanın temperaturu norma daxilində olacaq. Həmçinin kəskin soyuqların olacağı gözlənilmir. Yağıntılar norma daxilində, bəzi ərazilərdə normadan çox olacaq. Çoxillik meteoroloji müşahidələr göstərir ki, yayın və qışın necə keçməsi arasında əlaqələr mövcud deyil. Etibarlı məlumatlar üçgünlük və ya həftəlik olur. Bu, dünya təcrübəsində də belədir. Fəsli proqnozların doğruluğu 60-70 faizdən çox deyil. İndi qış fəslində havanın necə olacağı, yaxud qar yağıb-yağmayacağı barədə nə isə demək hələ tezdir”, - deyə U.Tağıyeva qeyd edib.

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR