21 Oktyabr 2019, Bazar ertəsi

Babək rayonunun Kərimbəyli kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, aparılan təhlillərə görə Babək rayonunda 27 min 137 uşaq vardır. Onlardan 391-nin sağlamlıq imkanları məhduddur. Bu da ümumi uşaqların 1,44 faizini təşkil edir. Muxtar respublika üzrə 1847 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqların da 21,1 faizi Babək rayonunun payına düşür. Rayonun Kərimbəyli kəndi üzrə 9 sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 7-si anadangəlmə, 2-si isə qazanılmadır.
“Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək Babək rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sual­ları cavablandırılıb, onlara broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR