20 Oktyabr 2019, Bazar

Bəzi insanların orqanizmi havanın və ətraf mühitin dəyişilməsinə (yağış, qar, külək, maqnit qasırğaları, siklon, atmosfer təzyiqinin artması, günəşdə olan dəyişikliklər və s.) müxtəlif reaksiyalar verə bilər.

Bu reaksiyaların arasında: oynaqlarda, sümüklərdə, əzələlərdə ağrılar, baş və ürək ağrıları, yuxusuzluq, arterial təzyiqin artması və ya əksinə enməsi, yorğunluq, iştahasızlıq, miqren, xroniki xəstəliklərin kəskinləşməsi və s.

Reaksiyalar daha yüngül (halsızlıq, yüngül baş ağrısı) və ya daha ağır (ürək fəaliyyətinin və nəfəsalmanın pozulmaları, ağır miqren tutmaları) ola bilər. 

Şəhərlərdə yaşayan insanlar kəndlərdə yaşayan insanlarla müqayisədə meteohəssaslıqdan daha tez-tez əziyyət çəkir.

İnsan orqanizmi havanın özünə deyil, məhz havanın dəyişilməsinə (xüsusilə kəskin dəyişilməsinə) reaksiya verir. 

Meteohəssaslığın səbəbi insanın ətraf mühitə olan adaptasiya (uyğunlaşma) prosesinin pozulmasıdır.Sağlam insanda ətraf mühitin və havanın dəyişilməsi orqanizmdə gedən bir çox proseslərə təsir edir - mübadilə prosesləri, hormonal fon, bədən hərarəti, hətta qanın tərkibi bir qədər dəyişilir.Bu dəyişikliklər insan orqanizminə ətraf mühitdə olan dəyişilməsinə adaptasiya etməyə imkan verir.Nəticədə insan ətraf mühitin dəyişilməsinə rahat uyğunlaşır və heç nə hiss etmir. 

Uşaqların əksər hissəsi (xüsusilə 1 yaşına kimi olan körpələr) havanın istənilən dəyişilməsinə reaksiya verirlər. Bu təbii haldır. 9 ay ərzində uşaq tam fərqli mühitdə yaşayıb və indi yeni mühitə uyğunlaşmaq üçün ona müəyyən vaxt lazımdır. Bu səbəbdən əgər körpəniz gecəni pis yatır, yeməkdən imtina edir, ağlayır, çox narahatdırsa, dərhal hər hansı xəstəlikdən şübhələnməyin, havaya fikir verin. Belə hallarda ana uşağı daha tez-tez qucağına almalı, onu sakitləşməyə çalışmalıdır.

Meteohəssaslıqla mübarizə aparmaq üçün düzgün qidalanmaq, tez-tez açıq havada gəzmək, kifayət qədər yatmaq və dincəlmək, bədən tərbiyyəsi və idmanla məşğul olmaq, stress vəziyyətlərdən uzaq olmaq, immun sistemini möhkəmləndirmək lazımdır.

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR