17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Yeni il bayramını hər il muxtar respublika sakinləri gözəl əhval-ruhiyyə ilə qarşılamağa çalışırlar. Hər bir evdə minbir nemətli süfrələr açılır, küknarlar bəzədilir, bu küknarlar müxtəlif işıqlandırma vasitələri ilə al-əlvan rəngə bürünür. Mədəniyyət, təhsil müəssisələrində və insanların bayram şənliyinə toplaşdığı yerlərdə Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi münasibətilə müvafiq hazırlıq işləri aparılır. Bu vaxt əsas şərtlərdən biri yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasıdır. Adi bir ehtiyatsızlıq xoşagəlməz hadisəyə, yanğının baş verməsinə səbəb ola bilər. 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı yanğın təhlükəsizliyinin təmin olunması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə tərtib olunmuş tədbirlər planına uyğun olaraq, mədəniyyət, təhsil müəssisələrində və insanların bayram şənliklərinə toplaşdığı yerlərdə yoxlama-nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Nazirlik Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı yanğın hadisələrinin baş vermə­məsi üçün vətəndaşlara aşağı­da qeyd olunan yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmasını tövsiyə edir.
Yadda saxlamaq lazımdır ki, küknar ağacı möhkəm dayaq üzərində qurulmalı və ətrafında sərbəst hərəkət etmək üçün geniş məsafə saxlanılmalıdır. Küknar ağacı elektrik qurğularının quraşdırılması qaydalarına riayət olunmaqla işıqlandırılmalıdır. İşıqlandırılma üçün tənzimləyici transformatorların vasitəsi ilə 12 volt gərginlikli lampalardan istifadə olunmalı, elektrik naqilləri, lampalar saz olmalı və etibarlı izolə edilməlidir. İşıqlandırmada nasazlıq hiss olunduqda, yəni naqillər qızdıqda, lampalar yanıb-söndükdə, qığılcım olduqda təcili onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.

Yeni il şənliyi keçirilərkən şamlardan, fişənglərdən istifadə etmək, küknar ağacının oyuncaqlarla, eləcə də odadavamlı məhlulla hopdurulma­mış pambıqla bəzədilməsi və işıqlandırılması qadağandır. Unudulmamalıdır ki, bir elektrik uzadıcısına bir neçə elektrik cihazı qoşularsa, həmin xətt artıq yüklənir və yanğın təhlükəsi yaranır. 
Bayram şənlikləri keçirilən otaqların elektrik xətlərinin izolyasiyası saz vəziyyətdə olmalıdır. Yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Uşaq bağçalarının və mədəniyyət ocaqlarının rəhbərləri bilməlidirlər ki, küknar ağacları qurulan otaqlardan xaricə iki çıxış olmalıdır. Çıxış qapılarının qarşısına kənar əşyalar yığılmamalıdır.
Yeni il tədbirləri və şənlikləri keçirilən yerlərdə yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi məqsədilə həmin yerlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Şənliklər keçirilən yerlərdə müəssisə rəhbərinin əmri ilə yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə nəzarət üçün cavabdeh şəxslər təyin olunmalı və şənliklərin keçirilməsi nəzərdə tutulmuş yerlərdə yanğın təhlükəsizliyinə həvalə edilmiş cavabdeh şəxslər şənlik başlanmazdan əvvəl otaqları diqqətlə yoxlamalı və onun yanğına qarşı təhlükəsizliyinin tam təmin edilməsinə əmin olmalıdırlar.
Qeyd olunanlarla bağlı baş verə biləcək xoşagəlməz hadisələrin vaxtında qarşısının alınması istiqamətində vətəndaşlar bir daha diqqətli olmalı, təhlükəsizlik məsələlərində fəal iştirak etməli və belə hallarla üzləşdikdə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verməlidirlər.

 

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3283715
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2200
3444
21484
68361
3283715

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter