20 Noyabr 2019, Çərşənbə

Dünən Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 31 oktyabr tarixli Sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək üçün əhalinin maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev açaraq bu il noyabrın 1-dən etibarən Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmasının əhəmiyyətindən və rayonda bu istiqamətdə görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı fərman və sərəncamlara uyğun olaraq icbari tibbi sığortanın ilk dəfə Sədərək rayonunda, sonra isə Şərur və Kəngərli rayonlarında tətbiqi ilə əlaqədar ətraflı məlumat verib.
Vurğulanıb ki, Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcəkdir. Belə ki, Şahbuz Rayon Mərkəzi Xəstəxanasında ­fiber-optik xətlər vasitəsilə internet şəbəkəsi yaradılıb, 44 kompüter, 5 printer, mərkəzi server qurulub. “Səhiyyə informasiya idarəetmə sistemi” isə icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələri ilə qarşılıqlı əlaqəyə imkan yaradır. Xəstəxananın Təcili tibbi yardım, Laboratoriya və Doğum şöbələri yenidən təşkil olunub, ilkin səhiyyə xidməti müasir tələblərə uyğunlaşdırılaraq qəbul həkiminin fəaliyyəti təmin edilib. Xəstəxananın maddi-texniki bazasını gücləndirmək və göstərilən tibbi xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədilə müasir tibbi avadanlıqlar quraşdırılıb. Agentliyin qeydiyyat məntəqəsi fəaliyyətə başlayıb.
Sonra agentliyin əməkdaşları Vüsal Məmmədov, Çilənay Qurbanlı müxtəlif mövzularda çıxış ediblər. Mövzu ilə bağlı slaydlar nümayiş etdirilib və tədbir iştirakçılarının sualları ­cavablandırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR