06 Dekabr 2019, Cümə

Naxçıvan Muxtar Respublikasında əhalinin, xüsusilə də pensiyaçıların sosial müdafiəsi həmişə diqqət mərkəzində saxlanılıb. Muxtar respublika rəhbərinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində əməkhaqları, pensiya və müavinətlər hər ay vaxtında ödənilir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu muxtar respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və vətəndaşların pensiya təminatının təkmilləşdirilməsi məqsədilə mütəmadi tədbirlər görür.

Görülmüş tədbirlər nəticəsində noyabr ayı üçün bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb. Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər də vaxtından əvvəl ödənilib. Eyni zamanda əmək pensiyasına çıxmış hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin pensiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq yenidən hesablanaraq artırılıb və onların müvafiq kart hesablarına köçürülüb.
Muxtar respublikada pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi ilə yanaşı, yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi də yüksək səviyyədə təşkil edilib. Bütün bunlar isə pensiyaçılara göstərilən xidmətin səviyyəsinin daha da yüksəlməsinə imkan yaradıb.
Qeyd etmək lazımdır ki, son zamanlar muxtar respublikada pensiyaların poçt bölmələrindən alınması üçün edilən müraciətlərdə artım müşahidə olunub.
Əhalinin aztəminatlı hissəsi olan pensiyaçıların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin icrası ilə bağlı müvafiq işlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR