04 Mart 2021, Cümə axşamı

Ölkəmizdə uğurla həyata keçirilən islahatlar sosial sahədə ciddi dəyişikliklərə səbəb olmuşdur. İllərini əməyə sərf edən pensiyaçılar üçün rahat və beynəlxalq standartlara uyğun xidməti təmin etmək məqsədilə müvafiq tədbirlər görülmüşdür.

Muxtar respublikamızda da əmək pensiyaçılarının rahatlığının təmin olunması, onların rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə qayğısı nəticəsində bütün növ əmək pensiyalarının və müavinətlərin hər ay vaxtından əvvəl maliyyələşdirilməsi təmin olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu sahədə üzərinə düşən tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Bunun nəticəsidir ki, muxtar respublika üzrə 2020-ci ilin ilk ayının əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilmiş, təyin olunmuş əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsilə pensiyaçılara çatdırılmışdır. Muxtar respublikanın kəndlərində yaşayan əmək pensiyaçıları isə bununla yanaşı, yaşadığı məntəqədən kənara getmədən ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını rahatlıqla əldə etmişlər. Eyni zamanda əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi üçün müvafiq işlər görülmüşdür. Həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi təmin edilmişdir.
Məlumat üçün bildirilir ki, 2019-cu ilin əvvəlində ölkəmizdə pensiyaların minimum məbləği 116 manat idisə, hazırda bu göstərici 72 faiz artaraq 200 manat təşkil edir. Bu isə onu təsdiq edir ki, əhalinin həssas qrupu sayılan pensiyaçıların maddi rifah halının yaxşılaşması üçün pensiyaların həcminin artırılması hər zaman diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR