05 Aprel 2020, Bazar

2 fevral – Gənclər Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin tələbələri arasında “Xəmsə” intellektual oyunu keçirilib.

Universitetin Tələbə-Gənclər Təşkilatının layihəsi əsasında Naxçıvan Muxtar Respublikasının Gənc­lər Fondunda keçirilən yarışın məqsədi gənclərin intellektual dünyagörüşünü inkişaf etdirmək, onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır.
Tədbirdə Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Zümrüd Səfərova gəncləri əlamətdar tarixi gün münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Bildirilib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Universitetdə tələbə-gənc­lər üçün yaradılan mövcud imkanlar haqqında danışan təşkilat sədri gəncləri daha fəal olmağa çağırıb.
Tələbələrə müvafiq qaydalar izah edildikdən sonra yarışa start verilib. İntellektual oyunun nəticələrinə görə universitetin İqtisad fakültəsi qalib olub. Tarix-filologiya fakültəsi II, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi isə III yerə çıxıb.

Səadət Əliyeva

* * *

“Naxçıvan” Universitetində 2 fevral – Gənclər Gününə həsr olunmuş “Gənclər gələcəyimizdir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Muxtar respublikada məşğul əhalinin əksəriyyətinin gənc­lərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Bu qayğını hər zaman diqqət mərkəzində saxlayan Prezident cənab İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması dövlətimizin gəncliyə verdiyi önəmin daha bir parlaq göstəricisidir.
Tədbirdə universitetin müəllimi, dosent Aypara Behbudovanın, Tələbə-Gənclər Təşkilatının sədri Zakir Məmmədovun, dissertant Emelya Süleymanovanın və İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Məhərrəm Həsənovun çıxışları dinlənilib.


Seyfur Hacımuradov

* * *

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbiri institutun prorektoru Azad Novruzov giriş sözü ilə açaraq qeyd edib ki, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da gənclər siyasətinə xüsusi önəm verilir. Dövlət pro­qramlarına uyğun olaraq gənclərin vətənpərvərlik tərbiyəsi, onların sağlamlığının qorunması daim diqqətdə saxlanılır. Xüsusi qayğıya ehtiyacı olan gənc­lərin dəstəklənməsi, məşğulluğunun, sahibkarlıq və yaradıcılıq fəaliyyətinin diqqətdə saxlanılması, asudə vaxtlarının təşkili məqsədilə bir sıra tədbirlər görülür. Tələbələrin elmi, mədəni və ictimai fəaliyyətlərinin stimullaşdırılması və digər müddəaların həyata keçirilməsi üçün mütəmadi və ardıcıl iş aparılır.
Sonra Təbiət və incəsənət fakültəsinin dekan müavini Çapay Quliyev çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətinin bəhrələrindən danışıb.
Tədbirdə Təbiət və incəsənət fakültəsi gənclər təşkilatının sədri Eltac Qurbanov, Tələbə Elmi Cəmiyyətinin sədri Fatimə Həsənova, institutun tələbə Həmkarlar İttifaqının sədri Günel Məmmədova çıxış ediblər.
Sonda təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə fəxri fərmanlar təqdim olunub.


Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR