07 Aprel 2020, Çərşənbə axşamı

Ölkəmizdə əməyin mühafizəsi, işçilər üçün sağlam və təhlükəsiz şəraitin yaradılması ilə bağlı ardıcıl işlər həyata keçirilir. Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsinin norma, qayda və prinsiplərinə uyğun olaraq istehsal qəzası riski yüksək olan müəssisələrdə, habelə tikinti sahəsində belə qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür, bu istiqamətdə yeni normativ aktlar qəbul edilir.
Muxtar respublikada da əməyin mühafizəsi tədbirləri diqqət mərkəzindədir. Əmək şəraitinin yaxşılaşdırılması ilə yanaşı, istehsalat mədəniyyətinin yüksəldilməsi istiqamətində də müvafiq işlər aparılır. Genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək hüquqlarının qorunması və əməyin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsini şərtləndirir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçilərin əmək hüquqlarının qorunması, qanunvericiliyin tələblərinə əməl olunması, istehsal və tikinti sahələrində işçilər üçün müvafiq iş şəraitinin təmin edilməsi, həmçinin əməyin mühafizəsinin norma və qaydalarına əməl olunması istiqamətində nəzarət tədbirləri ötən il də davam etdirilib.
Nazirlik tərəfindən 2019-cu il ərzində işəgötürənlərin iş yerlərində müvafiq şəraitin yaradılmasına, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinə və əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət məqsədilə 87 obyektdə monitorinqlər aparılıb. Nəzarət zamanı fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 177 işçi həmin vasitələrlə təmin edilib, 89 işçi isə müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb.
İstehsalatda xəsarətalmaya dair 2019-cu il ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinə 24 məlumat daxil olub ki, bunların da qanunamüvafiq araşdırılması başa çatdırılaraq müvafiq aktla rəsmiləşdirilib. Digər 17 hadisə zamanı isə əmək qabiliyyətinin itirilməsi halı qeydə alınmayıb.
Muxtar respublikada əmək hüquqlarının qorunması, həmçinin iş yerlərində əməyin təşkili və mühafizəsi sahəsində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tədbirlər qarşıdakı dövr ərzində də diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR