03 Aprel 2020, Cümə

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır. Yanvar ayında aztəminatlı 2 qadının müvafiq peşə kurslarına cəlb olunması, 3 qadının işlə təmin edilməsi üçün məlumatları aidiyyəti orqanlara göndərilmiş, özünüməşğulluğun təmin olunması məqsədilə sosial qayğıya ehtiyacı olan şəxslərin əl işlərinin satışı həyata keçirilmişdir.

Ötən ay “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransında iştirakçılar startap, gənc sahibkar, uğurlu mikrobiznes nominasiyaları üzrə mükafatlandırılmış, təlimçi sertifikatlarının təqdimatı olmuşdur. Həmçinin konfransda layihə iştirakçısı olan qadınların hazırladıqları 1600-dən çox əl işi və istehsal məhsullarından ibarət sahibkarlıq sərgisi nümayiş olunmuş və satışı həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 323 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı 4 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilmiş, müvafiq kateqoriyadan olan 70 uşaq üçün Naxçıvan Dövlət Film Fondu tərəfindən “Buta” filmi nümayiş olunmuşdur.
“Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq 2019-cu il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlanmış, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilmiş və iş planı təsdiq olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR