07 Aprel 2020, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Yaradıcı Gənclər Akademisayı”nın başlanması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev kurslarda iştirak etmək istəyən gənclərə layihə və kursların keçiriləcəyi günlər haqqında ətraflı məlumat verib, onları kursları tədris edən müəllimlərlə tanış ediblər.

Sonra gənclər robotexnika, memarlıq-dizayn, ebru sənəti, qum sənəti, ağac üzərində yandırma, rəssamlıq və dulusçuluq sahələri üzrə kurs keçiləcək otaqlarla tanış olublar. Qeyd edək ki, təlim kurslarına qoşulmaq istəyən gənclər Gənclər və İdman Nazirliyinin www.naxgin.az saytında yerləşdirilmiş bölmədə qeydiyyatdan keçərək layihədə iştirak etmək hüququ qazanıblar. Belə ki, ümumi olaraq 7 yaradıcılıq sahəsi üzrə 25 nəfəri iştirak etmək üçün qeydiyyatdan keçib. Kurslar həftənin 2 günü təşkil olunmaqla fevralın 21-dən iyunun 30-dək davam edəcək. Kursu uğurla başa vuran iştirakçıya sertifikat veriləcək və yekunda gənclərin layihə çərçivəsində hazırladıqları əl işlərindən ibarət sərgi təşkil olunacaqdır.
Layihə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR