13 Avqust 2020, Cümə axşamı

“Naxçıvan” Universitetində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq qadınları bu bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev respublikaya rəhbərliyi dövründə milli maraq və mənafelər çərçivəsində qadınlarla bağlı dövlət siyasətini təmin edib, Azərbaycan qadınının şərəfli adının daim uca tutulmasına çalışıb. Azərbaycan qadınının mərdliyi, dözümlülüyü, səmimiliyi, paklıq və sədaqəti, vəfa və isməti ən ali dəyər kimi həmişə qiymətləndirilib. İctimai gerçəkliyin, əxlaqi problemlərin həllində, ideya mübarizələrində qadınlarımız əzmkarlığı, müasirliyi, biliyi, bacarığı, əqidə saflığı ilə hər zaman ön cərgələrdə dayanıb.
Vurğulanıb ki, dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınların fəaliyyətlərinin təmin olunmasına xüsusi diqqət göstərib. Bu gün həmin siyasətin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Naxçıvan Muxtar Respublikasında da qadınlar dövlət qurumlarında, seçkili və seçkisiz orqanlarda irəliyə çəkilir, onların potensialından geniş istifadə olunur. Qadınlar bir sıra orden və medallarla təltif olunur, fərdi təqaüdlərə, Prezident mükafatlarına və fəxri adlara layiq görülürlər.
Tədbirdə universitetin qadın əməkdaşlarına və fəal tələbə qızlara hədiyyələr verilib. Tələbə-Gənclər Təşkilatının hazır­ladığı müxtəlif musiqi nömrələri və səhnəciklər iştirakçılara yüksək əhval-ruhiyyə bəxş edib.


Seyfur HACIMURADOV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR