13 Avqust 2020, Cümə axşamı

Dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində hərbi hissələrin komplektləşdirilməsi ilə bağlı praktik məşğələ keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Vətənpərvərlik mövzusunda slaydların nümayiş etdirilməsindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis müavini polkovnik-leytenant Sultan Zamanov çıxış edərək bildirib ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin təsdiq etdiyi plana uyğun həyata keçirilir.
Qeyd olunub ki, müharibə dövrünün şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı hərbi birləşmələrinin canlı qüvvə və texnika ilə komplektləşdirilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifə borclarından biridir. Bugünkü tədbirin məqsədi də həmin komplektləşməni praktik məşğələ çərçivəsində həyata keçirməkdən ibarətdir.
Çıxışlardan sonra şəxsi heyətin görəcəyi tədbirlər nəzəri cəhətdən izah olunub və üç istiqamət üzrə – nəzarət qrupu, hərbi vəzifəlilərin əvvəlcədən toplanış məntəqəsi və xəbər sahələri üzrə praktik məşğələ həyata keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR