06 Aprel 2020, Bazar ertəsi

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yaşayan Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova ilə görüş keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanovanı qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Bildiriblər ki, muxtar respublikada bütün qadınlarımız, o cümlədən Həvayət Qurbanova kimi zəhmətkeş qadınlarımız daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır, onlara qayğı göstərilir. Tədbir iştirakçıları Həvayət Qurbanovaya gül buketi və hədiyyə təqdim ediblər.
Sonda Həvayət Qurbanova ona göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR