06 Aprel 2020, Bazar ertəsi

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin icrası davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq mart ayının 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyi əməkdaşlarının iştirakı ilə Şərur rayonunda müvafiq proqrama cəlb edilən sakinlərlə görüş keçirilib.

Tədbirdə sakinlərlə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması və bəslənməsi, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Həmçinin sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı müvafiq məlumatlar verilib. Bu mövzularda onları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər tədbir iştirakçılarına təqdim olunub. Həmçinin ailə təsərrüfatlarını nümunəvi inkişaf etdirdiyinə görə üç nəfər mükafatlandırılıb.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR