06 Aprel 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri davam etdirilir, onlara evlərində dəstək və xidmətlər göstərilir.

 Könüllülər muxtar respublikanın rayonlarında ahıllara göstərilən xidmətlərlə yaxından tanış olub, onları Novruz bayramı münasibətilə təbrik ediblər. Eyni zamanda, zəruri qabaqlayıcı tədbirlərə uyğun olaraq, evlərdə təmizlik işləri aparıb, tibbi-profilaktik məmulatları əks etdirən broşürlər ahıllara təqdim edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin ahıllara qulluq edən müvafiq xidmət işçiləri də zəruri tibbi vəsaitlərlə təmin olunublar və bu istiqamətdə həyata keçirilən tədbirlər nazirliyin diqqət mərkəzində saxlanılır.

 

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR