27 May 2020, Çərşənbə


  

 

 

 

  

 

Naxçıvan şəhərində yerləşən təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinəsində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara və yoluxucu xəstəliklərə qarşı  dezinfeksiya işləri aparılır.

Muxtar respublikada sakinlərin ən çox istifadə etdiyi məkanlardan biri də mağazalardır. Naxçıvan şəhərində sahibkarların təşəbbüsü ilə ticarət obyektlərində və mağazalarda dezinfeksiya işləri aparılır, qabaqlayıcı tədbirlər görülür.                                      

Həmçinin  oyun zallarında dərmanlama işləri həyata keçirilir, xüsusi məhlulla dezinfeksiya olunur.

Naxçıvan şəhərindəki diş kabinəsində də dezinfeksiya işləri aparılıb. Kabinə otaqları və girəcəklər xloramin və xlorlu əhənglə dezinfeksiya olunub.

Qeyd edək ki, bu tədbirlərin həyata keçirilməsində məqsəd əhalinin sağlamlığını qorumaq və yoluxucu xəstəliklərin qarşısını əvvəlcədən almaqdır. Muxtar respublikada sanitar-epidemioloji tədbirlər davam etdiriləcək.

                                                                              Turab Hacızadə

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR