25 May 2020, Bazar ertəsi

Muxtar respublikanın sosial könüllüləri Kəngərli rayonunun Böyükdüz və Babək rayonunun Nehrəm kəndlərində yaşayan ahılları ziyarət edib, onların evlərində mövsümi xəstəliklərə qarşı qabaqlayıcı təmizlik və dezinfeksiya işləri aparıblar.

“Badamlı” mineral sular zavodunun nümayəndələri də könüllülərlə birgə ahılları ziyarət edib, onlara sovqat aparıblar. Həmçinin ziyarətçilər gətirdikləri tibbi-profilaktik ləvazimatları da ahıllara təqdim ediblər.

 Ahıllar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə və könüllülərə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bu cür tədbirlər muxtar respublikanın digər rayonlarında da keçirilir.

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR