01 İyun 2020, Bazar ertəsi


Son illər ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial və iqtisadi sahələrdə müəyyənləşdirilən prinsiplər uğurla reallaşdırılıb, qısa müddətdə çox mühüm iqtisadi islahatlar aparılıb və beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli təşəkkül tapıb.

 Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən veriən məlumata görə,Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin dövründə əhalinin aztəminatlı hissəsindən olan pensiyaçıların sosial müdafiəsi və milli iqtisadiyyata ehtimal olunan mənfi təsirdən yarana biləcək sosial və məşğulluq problemlərinin həlli istiqamətində fəal siyasət aparılır.

Muxtar respublikada da Ali Məclisi Sədrinin rəhbərliyi altında sosial iqtisadi siyasət uğurla həyata keçirilir, bütün sahələrdə davam etdirilən  islahatlar sosial müdafiə sisteminin də inkişafına geniş imkanlar yaratmışdır. Pensiyaların maliyyələşdirilməsi və vaxtından əvvəl ödənilməsi, pensiyaların ödənilməsi sahəsində tədbiq olunan mütərəqqi üsullar pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün imkanlar yaradıb. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsi və pensiyaçılara çatdırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Fond hər ay olduğu kimi aprel ayında da əhaliyə əmək pensiyaların ödənişinin maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Pensiyaçılar pensiyalarını plastik bank kartları vasitəsilə ən yaxındakı bankomatlardan və kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq poçt bölmələrindən ala bilərlər.

Məlumat üçün bildirilir ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq işlər görülür.

Əhalinin sosial rifahının və həyat səviyyəsinin yüksəldilməsi üzrə müəyyən olunan tədbirlərin icra olunması sahəsində Fond bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR