01 İyun 2020, Bazar ertəsi


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Uzunoba Su Anbarının ətrafında 1 hektar sahədə yeni meyvə bağı salınıb. Yeni meyvə bağında yerli iqlim və torpaq xüsusiyyətlərinə uyğun müxtəlif meyvə tingləri əkilib.

 Qeyd edək ki, bu ilin yazında muxtar respublikada 262 hektar sahədə meyvə bağlarının salınması, 109 mindən artıq müxtəlif meyvə tinglərinin əkilməsi nəzərdə tutulub. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq aparılacaq yaşıllaşdırma tədbirləri zamanı  kənd təsərrüfatı əkinləri üçün yararsız olan sahələrdə meyvə bağlarının salınması, eroziya və şoranlaşmaya məruz qalan torpaqların müəyyənləşdirilərək əkin dövriyyəsinə qaytarılmasına üstünlük veriləcək.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR