04 İyun 2020, Cümə axşamı


Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may – Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Behrud kəndində yaşayan uzunömürlü ailə, evliliyinin 62 ili tamam olan Sadiqovlar ailəsi ilə görüş keçirilmişdir.

 Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək bildirmişlər ki, cəmiyyətin formalaşmasında və inkişaf etməsində ailə mühüm vasitədir. Bu gün muxtar respublikada yaşayan bütün kateqoriyadan olan ailələrə, o cümlədən uzunömürlü ailələrə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir və bu qayğı ildən-ilə artır. Bugünkü tədbirin keçirilməsi də ailələrə göstərilən qayğının davamıdır.

Çıxışlarının yekununda ailəni 15 may – Beynəlxalq Ailə Günü münasibətilə təbrik etmiş, onlara can sağlığı və firəvan həyat arzulamışlar.

Ordubad rayonunun Behrud kənd sakini, evliliyinin 62 ili tamam olan Qüdrət Sadiqov ömrünü müəllimlik kimi şərəfli və məsuliyyətli bir peşəyə həsr edərək gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Behrud kənd tam orta məktəbində 27 il direktor müavini, 6 il direktor vəzifəsində fəaliyyət göstərmişdir. Həmçinin Qüdrət Sadiqov gənc ailələrə örnək, uzunömürlü və çoxuşaqlı ailə başçısı olmuşdur. Nümunəvi ailə başçısı olan Qüdrət Sadiqovun 10 övladı, 25 nəvəsi, 20 nəticəsi və 2 kötücəsi vardır. Ailəyə bayram sovqatı verilmişdir.

Ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən qayğını yüksək qiymətləndirmiş, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, keçirilən görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR