21 Sentyabr 2020, Bazar ertəsi


Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may – Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ən uzunömürlü ailəsinin başçısı olan, Məhəmmədəli Sultanovun 100 illik yubileyi keçirilmişdir.

 Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Ordubad rayonunun Tivi kəndində yaşayan, evliliyinin 74 ili tamam olan, ikinci dünya müharibəsi veteranı Məhəmmədəli Sultanovun yubileyi ilə əlaqədar keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək keçirilən tədbirdə muxtar respublikamızda ahıl insanlara, eləcə də veteranlara göstərilən qayğıdan ətraflı bəhs etmişlər. Bildirmişlər ki, ahıl insanlar daim diqqət və qayğı ilə əhatə olunurlar, onların sosial müdafiəsi günü-gündən yaxşılaşır. Həmçinin muxtar respublikada yaşayan ahılların mütəmadi olaraq yubileyləri qeyd olunur. Bu yubileylərin xüsusi qeyd olunması cəmiyyətimizin hər bir üzvünün unudulmadığının göstəricisidir.

Bildirilir ki, Məhəmmədəli Sultanov ikinci dünya müharibəsində iştirak etmiş, ön cəbhədə vuruşmuş, şücaət göstərmiş, göstərdiyi fədakarlığa görə müxtəlif orden və medallarla təltif olunmuşdur. Dövlətimiz tərəfindən avtomobillə təmin olunmuş, Prezident təqaüdünə layiq görülmüşdür.

Məhəmmədəli Sultanov ömrünün 27 ilini rabitə sahəsində fəaliyyət göstərmişdir. Eyni zamanda Məmmədəli Sutanovun ailəsi muxtar respublikanın ən uzunömürlü ailəsidir, onun 7 övladı, 25 nəvəsi, 42 nəticəsi və 3 kötücəsi vardır.

Çıxışlarının yekununda Məhəmmədəli Sultanovu 100 yaşı tamam olması münasibətilə və ailəsini 15 may – Beynəlxalq Ailə Günü münasibətilə təbrik etmiş, onlara can sağlığı və firəvan həyat arzulamışlar.

Keçirilən görüşdə yubilyara gül buketi və hədiyyələr verilmişdir.

Məhəmmədəli Sultanov və ailə üzvləri dövlətimiz tərəfindən göstərilən qayğını yüksək qiymətləndirmiş, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

 Qeyd edək ki, yubilyarla keçirilən görüş mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR