03 İyul 2020, Cümə

 

Yapon kosmik yük gəmisi HTV-9 (Kounotori 9 - "Ağ leylək - 9") uğurla Beynəlxalq Kosmik Stansiyasına birləşib.

Bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) xəbər yayıb.

 ABŞ seqmenti olan "Harmony" modulu ilə 12 tonluq kosmik yük gəmisinin birləşmə əməliyyatı ABŞ-ın Şərq Sahili vaxtı ilə səhər saat 10:46-da baş tutub. NASA-nın uçuşların idarəsi mərkəzi əməliyyatın uğurlu olduğunu təsdiqləyib. 

"Kounotori-9" stansiyaya təxminən 4 ton yük, o cümlədən qida məhsulları, onlarla elmi tədqiqat üçün avadanlıq və materiallar və altı yeni güclü litium-ion batareyaları çatdırıb.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR