11 Avqust 2020, Çərşənbə axşamı

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2020-ci ilin iyun ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

Torpaqların elektron kadastr uçotunun aparılması məqsədilə Sədərək rayonunda planaalma işləri yekunlaşdırılmış, muxtar respublika üzrə torpaq sahələrinin sərhədlərinin çöl-geodeziya işləri nəticəsində dəqiqləşdirilməsi başa çatdırılmışdır. Ay ərzində 910 daşınmaz əmlak obyekti plana alınmışdır. Araz Su Anbarı üzərində qurulacaq yeni nasos stansiyasından qidalanması nəzərdə tutulan suvarma şəbəkəsinin əhatə etdiyi ərazilərdə topoqrafik planaalma işlərinin aparılması davam etdirilmişdir. Gilançaydan qidalanması nəzərdə tutulan suvarma xəttinin əhatə etdiyi, Culfa rayonu üzrə 603, Ordubad rayonu üzrə 587, cəmi 1190 hektar torpaq sahəsində topoqrafik planaalma işləri aparılmış, hazırlanmış xəritə materialları aidiyyəti üzrə göndərilmişdir.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Babək rayonunun Nehrəm qəsəbəsinin ərazisində monitorinqlərə başlanılmış, aşkar olunmuş torpaqdan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılmışdır. Ötən ay 503 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 438 texniki sənəd hazırlanmış, yeni yaranmış 32 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 56 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 50 vətəndaşın müraciətinə baxılmışdır. 11 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR