19 Noyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

İqtisadi və sosial həyatın müxtəlif sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə tətbiq olunan bütün yeniliklər öz mahiyyəti etibarilə vətəndaşların rifahının yaxşılaşdırılmasına və bu sahədə dövrün tələbinə uyğun operativliyin təmin olunmasına xidmət edir. Əhalinin, demək olar ki, bütün təbəqələrini əhatə edən sığorta-pensiya sahəsində də aparılan islahatlar, tətbiq olunan yeni proqramlar burada informasiya mübadiləsinin sürətləndirilməsinə, adamların vaxtına qənaət etməsinə, insan amilindən yaranan xətaların minimuma endirilməsinə əhəmiyyətli təsir göstərməkdədir. Muxtar respublikada bu sahədə tətbiq olunan yeniliklərlə oxucuları tanış etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun İnformasiya texnologiyaları sektorunun müdiri İsmayıl Həsənovla həmsöhbət olduq:

 – İsmayıl müəllim, sığorta-pensiya sahəsində yeni texnologiyaların tətbiqini şərtləndirən əsas səbəblər nədir?

– Cəmiyyətimiz çox sürətlə inkişaf edir. Artıq hər kəsin bu inkişafa və cəmiyyət qarşısındakı xidmətlərinə görə müəyyən tələbatları vardır. Bunlar sığorta-pensiya sahəsində aydın görünməkdədir. Sistem mürəkkəbləşdikcə onun idarə edilməsi, daha böyük həcmdə informasiyanın alınması, işlənməsi, arxivləşdirilməsi və mübadiləsi məsələləri də yaranır. Bunların həlli isə, təbii ki, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının və müvafiq pro­qram təminatının tətbiqini zəruri edir. Muxtar respublikamızda bu sahənin inkişafına göstərilən diqqət avtomatlaşdırılmış idarəetmə və nəzarət işlərinin həyata keçirilməsinə yüksək səviyyədə şərait yaratmışdır.
Fondun aparatının və yerli şöbələrinin yeni inzibati binalarla təmin edilməsi, müasir tələblərə cavab verən kompyuter şəbəkələrinin yaradılması, rayon şöbələrində olan bütün lokal şəbəkələrin fondun mərkəzi serverinə qoşulması muxtar respublikada sığorta-pensiya sisteminə göstərilən dövlət qayğısından xəbər verir.

– Hazırda sığorta-pensiya sahəsinin proqram təminatında hansı yeniliklər tətbiq olunur?

– İlk olaraq, fondun aparatı ilə rayon şöbələri arasında yaradılmış korporativ şəbəkə vasitəsilə muxtar respublikada məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalara operativ nəzarət edilməsini qeyd etmək olar. Bunun üçün fondda hazırlanmış “Gündə­lik daxilolmalara operativ nəzarət” proqramı vasitəsilə bütün sığortaedənlərin – hüquqi və fiziki şəxslərin, o cümlədən torpaq mülkiyyətçilərinin ay daxilində ödəmiş olduqları məcburi dövlət sosial sığorta haqları ödəyicinin adına gündə­lik olaraq daxil edilir. Bu isə vəsaitlərin təhlilinə və proqnoz tapşırıqların icra səviyyəsinə nəzarət etməyə əlverişli şərait yaradır. Bundan əlavə, “Sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”, “Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı” xüsusi proqram vasitəsilə hazırlanır. ”Fondun yerli orqanlarında sığorta­olunanlar üzrə axtarış” və “Bir pəncərə sistemi vasitəsilə qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin uçot göstəriciləri üzrə axtarış” pro­qramları vasitəsilə isə rayon şöbələrinin bu sahələr üzrə fəaliyyətlərinə nəzarət olunur.
Əmək pensiyaları sahəsində də yeni texnologiyalar müvəffəqiyyətlə tətbiq edilir. Hazırda muxtar respublika üzrə bütün əmək pensiyaçıları üzrə məlumatları özündə əks etdirən pensiya bazası yaradılmışdır. İstənilən əmək pensiyaçısının ad və soyadını proqrama daxil etməklə onun pensiyası haqda bütün məlumatları qısa müddətdə əldə etmək mümkündür. Bundan əlavə, hər ötən ilin istehlak qiymətləri indeksinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında əmək pensiyalarının sığorta hissəsinin və sığorta­olunanların fərdi şəxsi hesablarında olan pensiya kapitallarının indeksləşdirilməsi aparılır. İndeksləşdirmə şamil olunan şəxslərin sayının çox olmasına baxmayaraq, xüsusi proqram təminatı 5-10 gün müddətində müvafiq indeksləşdirmə prosesinin həyata keçirilməsini təmin edir.
Əmək pensiyaları və müavinətlərin ödənişinə nəzarət də xüsusi proqram əsasında aparılır. Bu məqsədlə ay ərzində rayon şöbələri tərəfindən ödənilən vəsaitlər haqqında məlumatlar növbəti ayın 5-nə kimi fondun mərkəzi serverinə ötürülərək müvafiq proqram vasitəsilə onun düzgünlüyü yoxlanılır. Fondun arxivindəki 50 mindən çox pensiya işi ilə bağlı tətbiq olunan proqram da zəruri işləri sürətləndirməklə vaxt itkisini aradan qaldırmış olur.

– Naxçıvan Muxtar Respublikası ərazisində qurulan fərdi uçot sistemi ilə əlaqədar hansı proqram təminatlarından istifadə edilir?

– 2006-cı ildən etibarən muxtar respublikada işləyən vətəndaşların fərdi uçot sisteminin yaradılmasına başlanılmışdır. Bu məqsədlə onların sığortaolunan kimi fondda qeydiyyatı aparılmış və qeydiyyatını təsdiq edən sosial sığorta şəhadətnamələri verilmişdir. Hazırda muxtar respublikada 133 min 500 nəfər belə sığortaolunana fərdi şəxsi hesab açılmışdır. Sığorta­olunanların 2006-2011-ci illərdə ödəmiş olduqları məcburi dövlət sosial sığorta haqlarının onların adına fondda açılmış fərdi şəxsi hesablara işlənilməsi ilə əlaqədar müvafiq pro­qram təminatı (B3 EDİTOR) yaradılmışdır ki, bu proqram vasitəsilə də məlumatların sığortaolunanların fərdi şəxsi hesablarına işlənilməsi həyata keçirilmişdir. Hazırda isə 2012-ci il üzrə qeyd olunan məlumatların fərdi şəxsi hesablara işlənilməsi üçün müvafiq hazırlıq işləri aparılır. 2006-cı ilə qədər sığortaolunanlar haqqında məlumatların toplanılmasına gəldikdə isə həmin tarixədək sığortaolunanların ümumi əmək stajları barədə informasiyanın toplanması üçün proqram təminatı yaradılmış, 2012-ci ilin fevral ayından etibarən həmin pro­qram vasitəsilə sığortaolunanların ümumi əmək stajlarının toplanılması və məlumatların fondun aparatı tərəfindən ümumiləşdirilərək vətəndaşların fərdi şəxsi hesablarına işlənilməsi üçün zəruri işlər aparılmışdır.
Beləliklə, Dövlət Sosial Müdafiə Fondunda məcburi dövlət sosial sığortası sahəsində sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə yaradılmış məlumat bazası hər bir sığortaolunana həm 1 yanvar 2006-cı il tarixədək, həm də 1 yanvar 2006-cı il tarixdən yaranmış və sonrakı illər üzrə indeksasiya edilmiş pensiya kapitalının məbləği barədə məlumat ala bilmək imkanı yaradır. Bu isə, öz növbəsində, hər bir sığortaolunana istənilən an öz gələcək pensiyasının məbləğini müəyyənləşdirmək və bu proseslərə nəzarət edə bilmək imkanı verir.

– Qeyd etdiyiniz proqram təminatlarının yaradılması sığorta-pensiya sisteminin idarəolunmasına necə təsir göstərir?

– Yeni proqram təminatı bir çox sahələrdə yüksək səmərəlilik yaradır. Belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanların fərdi uçotunun aparılması, pensiyaların məbləğinin hesablanması, onların ödənişinə nəzarətin avtomatlaşdırılması insan amilinin rolunu xeyli dərəcədə azaldır ki, bu da sığorta-pensiya sistemində şəffaflığın artırılmasına, korporativ nəzarətin gücləndirilməsinə imkan verir.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytının (www.dsmf.nakhchivan.az) yaradılması da vətəndaşların fonda elektron müraciət etmələrinə geniş imkanlar açmışdır.
Onu da qeyd etməliyəm ki, bu sahədə qarşımıza yeni vəzifələr də qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında konkret sahələrdə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi üzrə fond tərəfindən 22 adda elektron xidmətin göstərilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə xüsusi hazırlıq prosesinə başlanılmışdır. Verilən tapşırıqların yekunlaşması ilə sığortaedən və sığorta­olunanların onlayn uçota alınması, məcburi dövlət sosial sığortası üzrə hesabatların, sosial sığorta hadisəsi üzrə müavinətlər üçün sifarişlərin elektron xidmət vasitəsilə qəbulu, sığortaolunanlara və pensiyaçılara elektron müraciət əsasında zəruri məlumatların verilməsi və məcburi dövlət sosial sığorta vəsait­lərinin onlayn ödənilməsi təmin ediləcəkdir.
–Müsahibə üçün sağ olun!

Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3289891
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1659
3080
1659
74537
3289891

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter