19 Sentyabr 2020, Şənbə

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması iyul ayında da diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində qarşıya qoyulan vəzifələr və 2020-ci ilin ötən ayı ərzində görülən işlər barədə kollegiya iclası keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı daha genişmiqyaslı proqram çərçivəsində “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin qiymətləndirilməsi ilə bağlı 2020-ci il 30 iyul tarixdə Avropa İttifaqının milli monitorinq üzrə eksperti Arzu Cəfərli ilə onlayn görüş keçirilmişdir. Görüşdə layihənin icrası ilə əlaqədar komitə tərəfindən görülmüş işlər haqqında ətraflı məlumat verilmişdir.
Ötən ay muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 581 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Əlavə olaraq Naxçıvan şəhəri üzrə valideyn himayəsindən məhrum olmuş 3 uşağın qeydiyyatı aparılmışdır.
Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında şair Kamil Arazın uşaqlar üçün çapdan çıxmış “Göyqurşağı” adlı jurnalının təqdimat mərasimində komitə əməkdaşı iştirak etmiş və müvafiq mövzuda çıxış etmişdir.
Komitəyə vətəndaşlar tərəfindən ailə, qadın və uşaq hüquqlarının qorunması ilə bağlı 19 şifahi, 1 yazılı, komitənin elektron ünvanına isə 1 müraciət daxil olmuş və müraciətlərə qanunamüvafiq qaydada baxılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR