27 Oktyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq 2020-ci ilin avqust ayında muxtar respublika üzrə, ümumilikdə, 23 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 19 nəfərə yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə miniyerşumlayan aqreqat və 1 nəfərə isə çörək, kətə və digər unlu məmulatların hazırlanması üçün ləvazimatlar verilib. Proqrama cəlb olunan şəxslərdən 2 nəfərini gənclər təşkil edib.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb.
Tədbir proqrama cəlb olunmuş sakinlərə verilən aktivlərlə bağlı sənədlərin təqdim edilməsi ilə başa çatdırılıb.
Qeyd edək ki, verilmiş aktivlərdən səmərəli şəkildə istifadənin stimullaşdırılması məqsədilə ötən dövr ərzində təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirən Şərur rayon Arbatan kənd sakini Şəmil Qasımova arpa-buğdaqıran, Babək rayonu Naxışnərgiz kənd sakini Sədaqət İmaməliyevaya isə otdoğrayan aqreqatlar verilib. Nazirlik tərəfindən belə həvəsləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR