29 Oktyabr 2020, Cümə axşamı

Maliyyə Tədris Mərkəzində xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı keçirilən təlimlərə yekun vurulub.

Təlimlərdə nazirlikdə qurulmuş operativ nəzarət portalının elektron poçt sistemində olan yenilikləri və sistemdə qurulmuş yeni modulların işlənilmə mexanizmi nazirliyin əməkdaşı Vüsal Məmmədov tərəfindən təlim iştirakçılarına praktik izah olunub. Xəzinədarlıq əməliyyatları zamanı sənədlərin elektron tərtibi sistemində yeni qurulmuş modul vasitəsilə ödəniş tapşırıqları sənədlərinin sistem üzərindən işlənilməsi qaydaları barədə məlumat verilib.
Nazirliyin şöbə müdiri Vüsal Əsədov təlim iştirakçılarına təqdim edilmiş portalda olan yeniliklərin davam etdirilməsi üçün hazırda təkmilləşdirmə işlərinin aparıldığını bildirib.
Qeyd edək ki, bu günə qədər sistemlə bağlı keçirilən təlimlərdə 49 təşkilatdan 85 maliyyə və mühasibat işçisi iştirak edib.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR