20 Avqust 2019, Çərşənbə axşamı

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun səviyyəsinin daha da aşağı düşməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir. Şərur rayonunda keçirilən növbəti əmək yarmarkasında bu barədə geniş danışılmışdır.
Şərur Şəhər Mədəniyyət Sarayının qarşısında təşkil olunan tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov demişdir ki, əmək yarmarkaları işaxtaran vətəndaşların bu probleminin həllində mühüm vasitədir. Cari ilin aprel, iyun və avqust aylarında üç dəfə yarmarka keçirilmiş, bu yarmarkalara, ümumilikdə, 726 boş iş yeri çıxarılmış, 133 nəfər işlə təmin olunmuşdur. Bu gün keçirilən əmək yarmarkasına isə 19 özəl və dövlət müəssisəsindən 272 boş iş yeri çıxarıldığını bildirən mərkəzin direktoru belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğulamışdır.
Tədbirdə işaxtaran vətəndaş Ülkər Bağırova çıxış edərək yeni iş yerlərinin yaradılması üçün dövlətimiz tərəfindən keçirilən tədbirləri ölkə vətəndaşlarına göstərilən qayğı kimi dəyərləndirmişdir.
Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov bildirmişdir ki, muxtar respublikamızda insan amilinə qayğı prioritet vəzifəyə çevrilmişdir. Bu, əhalinin bütün təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə özünü bir daha göstərir. Qeyd olunmuşdur ki, bu istiqamətlərdə muxtar respublikada, eləcə də Şərur rayonunda görülən işlər təqdir edilir.
Mədəniyyət Sarayının foyesində işini davam etdirən əmək yarmarkasında 33 nəfərə işə qəbul olunmaq üçün göndəriş verilmişdir.

Cəfər ƏLİYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4462329
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2366
2919
5285
126370
4462329

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter