01 Noyabr 2020, Bazar

Muxtar respublikada dövlət orqanlarının fəaliyyətində elektron xidmətlərin həcmi ilbəil artmaqdadır. Son dövrlərdə bu istiqamətdə yeni layihələr icra edilir, mütərəqqi və innovativ yeniliklər tətbiq edilir. Sosial müdafiə sahəsində də bu istiqamətdə fəaliyyət təkmilləşdirilir, yeni elektron xidmətlər istifadəyə verilir.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilmiş fəaliyyət proqramında, elektron xidmətlərin genişləndirilməsinə dair verilmiş tapşırığın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni elektron məlumat bazası istifadəyə verilib. Bununla əlaqədar keçirilən tədbirdə nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin əməkdaşı Yusif Piriyev çıxış edərək muxtar respublika üzrə müavinət, təqaüd və kompensasiya ödənilən vətəndaşlar haqqında yaradılmış mərkəzləşdirilmiş məlumat bazasının istifadəsi qaydaları haqqında məlumat verib. Xidmətin əməkdaşı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Bildirilib ki, yeni istifadəyə verilən baza Dövlət Sosial Təminat Xidməti ilə onun yerli bölmələri arasında müvafiq məlumat mübadiləsini operativ və çevik qaydada təşkil etmək üçün yaradılıb. Bu məqsədlə nazirlikdə bütün növ ödənişlərin müvafiq elektron informasiya resursları vasitəsilə mütəmadi olaraq bazaya daxil edilməsi və məlumatların vahid mərkəzdən idarə olunması üçün server quraşdırılıb.
Tədbirdə sözügedən məlumat bazasının əhəmiyyətindən bəhs olunub, fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, dizayn və funksionallıq baxımından müasir tələblərə cavab verən mərkəzləşdirilmiş məlumat bazası, Dövlət Sosial Təminat Xidmətinin və müvafiq yerli təşkilatların əməkdaşlarının fəaliyyətində operativliyin və səmərəliliyin artırılmasına zəmin yaradacaq, bu sahədə elektron xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsinə təkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR