19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib. Kollegiya iclasını komitə sədri Ramilə Seyidova giriş sözü ilə açaraq 2012-ci ildə görülən işlər barədə danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2012-ci ilin əvvəllərində təsdiq edilən iş planına əsasən, ötən il əlamətdar və tarixi günlərin qeyd olunması diqqət mərkəzində saxlanılıb, ailə institutunun qorunması, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, ailədə və cəmiyyətdə gender bərabərliyinin təmin olunması, cəmiyyətdə qadınların rolunun artırılması, uşaqların hüquqlarının qorunması, onların ölkəmiz üçün layiqli vətəndaşlar kimi yetişdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib, müvafiq məlumat bazası yaradılıb.

Vurğulanıb ki, hesabat ilində muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən 3 qadının, 11 uzunömürlü ailənin yubileyləri qeyd edilib. Xüsusi qayğıya ehtiyacı olan 17 tənha, ahıl və əlil qadına baş çəkilib, onların problemləri aradan qaldırılıb. Komitə tərəfindən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 19 uşağın və övladlığa götürülmüş 8 uşağın ümumi uçotu aparılıb. Qeyd edilən kateqoriyaya aid 94 uşağın, 1 valideyni vəfat etmiş, digər valideyni I və II qrup əlil olan 13 uşağın yaşadığı evlərə monitorinqlər təşkil olunub. Uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə Naxçıvan şəhərində fəaliyyət göstərən 20 internet klubunda monitorinqlər aparılıb. Sağlamlıq imkanı məhdud olan 322 uşaq valideynləri ilə birlikdə komitəyə dəvət olunub, onların potensialına uyğun 31 uşaq məktəbəqədər, məktəb və məktəbdənkənar tərbiyə müəssisələrinə göndərilib. İl ərzində 73 sağlamlıq imkanları məhdud, hər 2 valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara geyim dəstləri, dərs ləvazimatları və hədiyyələr verilib. Eyni zamanda hemofiliyalı və talassemiyalı uşaqlarla bağlı komitə əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib, toplanılan 5 litrə yaxın qan müvafiq xəstə uşaqlara köçürülüb. Uşaq hüquqlarının təbliği, sağlam həyat tərzinin aşılanması məqsədilə maarifləndirici tədbirlər davam etdirilib. 
Bildirilib ki, 2012-ci ilin muxtar respublikada “Milli dəyərlər ili” elan edilməsi ilə bağlı xüsusi istedada malik qadınların əl işlərinin satış-sərgisi təşkil olunub. 10 gün davam edən sərgiyə 71 qadının 428 əl işi çıxarılıb.
Komitə sədri deyib ki, ailə dəyərlərinin qorunması, uşaqlara milli dəyərlərin aşılanması ilə bağlı muxtar respublikanın rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində tədbirlər keçirilib. “Məişət zorakılığının qarşısının alınması haqqında Qanunla bağlı məlumatlandırma” mövzusunda ATƏT-in Bakı Ofisi ilə birgə seminar təşkil olunub.
Məruzə ətrafında komitə sədrinin müavini Aytən Məmməd­ova, komitənin aparat rəhbəri Zeynal Hümbətov, Uşaq problemləri şöbəsinin müdiri Rəşad Kərimov, ictimaiyyətlə əlaqələr və informasiya təminatı üzrə baş məsləhətçi Sahir Rüstəmov çıxış ediblər.
Kollegiyada 2013-cü il üçün tərtib edilmiş iş planı müzakirə olunaraq qəbul olunub.
İclasa komitə sədri Ramilə Seyidova yekun vurub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3036973
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3783
5369
14205
88304
3036973

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter