22 Yanvar 2021, Cümə

Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında dezinfeksiya tədbirləri ardıcıl şəkildə həyata keçirilir. Dərman­lama işləri qrafik əsasında muxtar respublikanın şəhər, qəsəbə və kəndlərini, yaşayış məntəqələrindəki sosial obyektləri, təhsil müəssisələrini əhatə edir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı avtomobilləri Naxçıvan Beynəlxalq Hava Limanına gedən yolu, Heydər Əliyev prospektini, Əziz Əliyev, Cəlil Məmmədquluzadə, İstiqlal, Nəsirəddin Tusi küçələrini və digər əraziləri dezinfeksiya ediblər. Həmçinin Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Naxçıvan şəhərindəki İstirahət Mərkəzinin ətrafı, Sahil Parkı da dərmanlanıb. Dərmanlama işləri şəhərdəki ticarət mərkəzlərində, yaşayış binalarında, ictimai iaşə obyektlərində, uşaq bağçalarında və məktəblərdə də aparılıb.
Qeyd edək ki, yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında, ümumilikdə, 3 milyon 764 min kvadratmetrdən çox ərazidə dezinfeksiya tədbirləri aparılıb.

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR