17 Yanvar 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası 2020-ci ilin noyabr ayında da muxtar respublikada fəaliyyət göstərən teleradioların fəaliyyətini izləmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və sərəncamlarından, Dövlət proqramlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını diqqətdə saxlamışdır.

Naxçıvan Dövlət Televiziyası tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlər, Dövlət proqramlarının icrası ilə bağlı görülən işlərə həsr olunmuş 19 telematerial hazırlanmışdır.
Qeyd etmək lazımdır ki, teleradiolarda vətənpərvərlik mövzusunda materiallara üstünlük verilməsi noyabr ayında da davam etdirilmişdir. Bəhs edilən dövrdə Naxçıvan Dövlət Televiziyası Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatlarında əldə edilən uğurlar barədə tamaşaçılara dolğun məlumatlar vermiş, noyabrın 10-da Vətən müharibəsinin şanlı Ordumuzun qələbəsi ilə başa çatması ilə əlaqədar muxtar respublika sakinlərinin qələbə sevincini operativ şəkildə efirə təqdim etmişdir.
Noyabr ayında verilişlərin növbəti 104 sayı efirə təqdim olunmuşdur. Qeyd edək ki, ötən ay vətənpərvərlik ruhunda yayımlanan verilişlər efirin 73, digər proqramlar isə 27 faizini təşkil etmişdir.

Naxçıvan Dövlət Radiosu ay ərzində 561 saat efirdə olmuşdur. Ümumi efirin 51 faizini radionun öz istehsalı olan proqramlar, verilişlər, 49 faizini isə digər hazır materiallar təşkil etmişdir. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları və ordumuzun əldə etdiyi şanlı Qələbə geniş şəkildə işıqlandırılmışdır. Noyabr ayında radio efirində 3 yeni layihə dinləyicilərə təqdim edilmişdir.
Şura tərəfindən aparılan monitorinqə əsasən, demək olar ki, “Kanal 35” televiziyası Ordumuzun Ermənistan ordusu üzərindəki tarixi qələbəsini, o cümlədən dinc yolla qaytarılan əzəli torpaqlarımız ilə bağlı məlumatları mütəmadi olaraq tamaşaçılara çatdırmış, bu mövzuda 10-dan artıq videoçarx hazırlanaraq efirə təqdim olunmuşdur. Muxtar respublikamıza həsr edilmiş videomaterialların yayımı istiqamətində milli dəyərlərimiz, tamaşa və konsert proqramları da daxil olmaqla, 74 videomaterial yayımlanmışdır ki, bu da efirin 31,1 faizini təşkil etmişdir. Bununla yanaşı, televiziyanın dublyaj redaksiyası tərəfindən 4 sənədli film dublyaj olunaraq efirə təqdim edilmişdir.
Şura noyabr ayında “Naxçıvanın səsi” radiosunun efirini müntəzəm olaraq izləmiş və təhlil etmişdir. Bəhs edilən dövrdə radio 240 saat efirdə olmuşdur. Efir müddətində 110 saat canlı yayım proqramları və verilişləri hazırlanaraq dinləyicilərə təqdim edilmişdir. Vətən müharibəsi ilə əlaqədar olaraq bütün proqramların formatı dəyişdirilmiş, yalnız vətənpərvərlik ruhunda musiqilər, ədəbi-bədii kompozisiyalar efirə təqdim edilmişdir.
Televiziya və Radio Şurasının 2020-ci il Tədbirlər Planına əsasən noyabr ayında da Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin teleradiolarda fəaliyyəti mütəmadi olaraq izlənilmiş, aylıq hesabat hazırlanmışdır.
Hesabat dövründə şura tərəfindən sosial şəbəkələrdə Naxçıvanla bağlı 500-dək foto və video, həmçinin xəbər paylaşmışdır. Eyni zamanda 124 xəbər, 20 müsahibə, 1 analitik material və fotoreportaj hazırlanaraq mərkəzi mətbuatda yayımlanması təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR