15 Aprel 2021, Cümə axşamı

Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti göstərən sürücülərə lisenziyaların verilməsi ilə bağlı keçirilən seminar-müşavirəni Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov açıb.

Xidmətin sektor müdiri Zaur Əliyev çıxışında qeyd edib ki, Ali Məclis Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına uyğun olaraq Dövlət Nəqliyyat Xidməti haqqında əsasnaməyə əlavə və dəyişikliklər edilib, 2018-ci il noyabr ayının l-dən etibarən avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyanın verilməsinə başlanılıb. Bu məqsədlə Dövlət Nəqliyyat Xidmətinin əməkdaşları tərəfindən sürücülərlə lisenziyalaşdırmanın şərtləri və lisenziyanın alınması üçün lazım olan sənədlər barəsində davamlı maarifləndirici söhbətlər aparılır.
Vurğulanıb ki, 2020-ci ilin noyabr ayından yeni lisenziyanın verilməsinə başlanılıb, ötən müddətdə 400-ə yaxın sahibkar yeni lisenziyalarla təmin olunub. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyət növü üçün verilən lisenziyanın qüvvədəolma müddəti 1 ildir. Verilmiş lisenziya əsasında sərnişindaşımanı həyata keçirən nəqliyyat vasitələri lisenziya kartı ilə təmin edilir.
Sonra bir qrup sahibkara yeni lisenziya blankları və kartları təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR