17 Oktyabr 2021, Bazar

Füsunkar təbiəti, zəngin flora və faunası ilə daim bu yurda üz tutanları özünə heyran qoyan Naxçıvanımız həm də geniş turizm infrastrukturuna sahibdir. Ötən illər ərzində bu sahədə məqsədyönlü addımların atılması turizm potensialının yaxşılaşdırılması, istirahət zonalarının yaradılması istər yerli, istərsə də əcnəbi turistlərin buraya axınını sürətləndirir. Bu mənada, son dövrlər Ağbulaq İstirahət Mərkəzi ən populyar ekoturizm məkanlarından birinə çevrilib. Mərkəz son illərdə qədim diyarımıza gələn qonaqların, tələbə və məktəblilərin ən çox üz tutduqları ünvanlardandır. Hər il mərkəzdə gənclərin “Yay məktəbi” təşkil olunur, onlar arasında müxtəlif intellektual və idman yarışları keçirilir.

“Yay məktəbləri”nin təşkili qrafikə uyğun olaraq davam etdirilir. Budəfəki mərhələdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları mərkəzini qonağı olublar. “Yay məktəbi”nin proqramına əsasən təyin olunan müddət ərzində kursantlar üçün konsert proqramı, müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar və film nümayişləri təşkil olunacaq.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan ənənəvi “Yay məktəbi” 3 gün davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR