26 Oktyabr 2021, Çərşənbə axşamı

Muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadi və sosial sahədə davamlı inkişaf təmin edilmişdir. Əhalinin bütün təbəqələrinin, o cümlədən cəmiyyətin həssas qrupu sayılan əmək pensiyaçılarının rifah halının yüksəldilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində muxtar respublikada mütəmadi olaraq işlər görülür. 

 

Əmək pensiyaçılarının sosial müdafiəsinə və onların maraqlarının təminatına yönələn növbəti tədbir kimi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayı üçün pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsi başa çatdırılmışdır. Tələb olunan vəsait fondun xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl pensiyaçıların plastik bankomat kartlarına və kəndlərdə yaşayan pensiyaçıların istəklərinə əsasən poçt ünvanlarına köçürülməklə, pensiyaların maliyyələşdirilməsi yekunlaşdırılmışdır. Hazırda əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına, yaxud poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər davam etdirilir və qısa zamanda yekunlaşdırılacaqdır.
Məlumat üçün bildirək ki, qanunvericiliyə uyğun olaraq sığorta olunanların pensiya təminatlarında məcburi dövlət sosial sığortahaqqı şəklində toplanan pensiya kapitalı nəzərə alınır. Bu isə insanları sığorta-pensiya sistemində aktiv iştiraka sövq edir. Nəzərə almaq lazımdır ki, məcburi dövlət sosial sığortahaqqı üzrə vəsaitin fondun xəzinə hesabına vaxtında daxil olması, habelə fondun büdcəsinin gəlirləri üzrə proqnoz tapşırıqlara artıqlaması ilə əməl olunması əmək pensiyaları və məcburi dövlət sosial sığortası hesabına ödəmələrin də vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaradır.
Əmək pensiyaçılarının sosial rifahının yüksəldilməsi üzrə müəyyən olunmuş işlərin icrası sahəsində fond bundan sonra da üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun mətbuat xidməti

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR