16 Noyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Dostluq elə bir hissdir ki, yaşından asılı olmayaraq, hər kəsə lazımdır. Lakin müxtəlif yaş hədlərində dostluğa münasibət müxtəlif formada ola bilir. Böyüklərdən fərqli olaraq, kiçikyaşlı uşaqlar hansısa xoşladığı uşağı xüsusi olaraq başqalarından fərqləndirib özlərinə yaxın bilsələr də, bu əməliyyatı sona çatdırmaqda çətinlik çəkirlər. Əslində, bu, ondan irəli gəlir ki, dünyanı öz kiçik pəncərəsindən görüb duyan uşaq bu məfhum haqqında konkret düşünə bilmir. Daha çox irəli gedə bilməsə də, içində yaşadığı dünyanı nə dərəcədə tanıyıb dərk edirsə, bu dostluq münasibətinə də məhz o dünyagörüşdən yanaşır. İlk dəfə olaraq belə hadisə ilə qarşılaşan valideyn uşağının həyatındakı bu yeni duyğularına sevinsə də, bəzən həm də çaşqınlıq içində qalır. Belə valideynlər fikirləşirlər ki, uşaq bu münasibəti haradan öyrəndi, biz ki ona heç vaxt dostluq haqqında danışmamışıq, o ki həmişə evdə tək oynayıb? Bəs bu duyğu onda necə yaranıb?

Uşaq kənardan müşahidə-təqlid yolu ilə insanların mədəni davranışlarını, bir insanın başqa bir insana olan xoş, mehriban münasibətini öz dünyagörüşünün süzgəcindən keçirərək yoldaşlıq haqqında təsəvvürə malik olur. Bu hisslərin nizamlanmasında televiziyada sevə-sevə izlədiyi cizgi filmləri və bu filmlərdə təbliğ olunan dostluq hisslərinin də rolu az deyil. Demək, artıq uşağın özünə dost tapması üçün ilkin səbəb var. Sadəcə olaraq, uşaq necə hərəkət etmək lazım olduğunu bilmədiyindən onun mənəvi yardıma ehtiyacı vardır. Gözləməməliyik ki, uşaq bunu bizdən istəsin. Heç istəməyəcək də. Axı o heç bunu istəməyi də bacarmır. İş yalnız biz valideynlərə qalır. Biz özümüz uşağa yardım əlimizi uzatmalıyıq. İlk növbədə, kimə qarşı xüsusi xoş münasibət bəslədiyini, həmin uşaqla necə oynadığını, çətinliklərini araşdırmalıyıq. Uşağımızın xarakterini yaxşı bildiyimizdən harda və hansı halda necə hərəkət edəcəyini əvvəlcə özümüz təyin edirik. Yoldaşı ilə tanış olmaq çox vacibdir. Bu fəaliyyətimiz zamanı uşağın əvəzinə hər şeyi özümüz etmədən, suallarımızla, yorucu söhbətimizlə uşağı bezdirmədən imkan yaradaq ki, uşaq özü də bu zaman fəallıq göstərə bilsin; adi bir maneə zamanı çaşıb qalmasın, özünü çarəsiz hiss etməsin. Çalışaq ki, vəziyyətdən çıxmaq üçün ona həmişə hazır “resept” verməyək. Sadəcə olaraq, məsləhət verək, yol göstərək. Biz bu məqamda özümüzü elə aparmalıyıq ki, uşaq bizim sayıq olduğumuzu, ona diqqət yetirdiyimizi, onun iradəsinə inandığımızı hiss etsin və bütün bunlar onu məğrurlaşdırsın. 

Dostluq zamanı uşaqlar bir-birlərinə o qədər doğmalaşırlar ki, onlar dünyada ən yaxşı uşağın məhz onun dostu olduğunu düşünürlər. Əgər üç yaşdan böyük uşaq evdə tək qalırsa, “yoldaş” adlandırdığımız dostu yoxdursa, artıq bu uşağın həyatı maraqsız və yeknəsəkdir: nə qədər çox, özü də müxtəlif çeşiddə oyuncaqları olsa belə... Uşaq oynayan uşaqlara kənardan həsədlə baxaraq oyuncaqlarının üstünə qaçır, yanındakı, qəlbindəki boşluğu bu oyuncaqlarla doldurmağa can atır: onlarla danışır, özü də səssiz-səmirsiz, ürəyində, mimika ilə, xüsusi hərəkətlər, bəzən də səs tonu ilə... Bu yalqızlıq uzun müddət davam edərsə, uşaq eqoistləşir, ətrafındakı hər kəsi, hər şeyi öz “mən”inə tabe etdirməyə çalışır.
Adama xoş gələn hər hansı bir musiqi əsəri, mahnı davamlı olaraq dinlənildikdə artıq əvvəlki kimi adamı həyəcanlandırmır, onda hisslər doğurmur, yaxşı əhval-ruhiyyə yaratmır, hətta onu əsəbiləşdirir. Oyuncaqlar da belədir. Maraq, oyun təşkil etmək müəyyən vaxtadək həvəslə davam etsə də, sonra uşağı darıxdırmağa, əsəbiləşdirməyə başlayacaqdır, o, dünənəcən sevə-sevə oynadığı oyuncaqlarına biganə qalacaqdır. Yeganə səbəbsə boş qalan dost yeri, dostluq hissidir.
Plutarx yazırdı ki, mənə dost lazım deyildir, hər şeydə mənimlə razılaşsın: mən başımı əyəndə o da əysin. Ona qalsa, mənim kölgəm elə ən yaxın dostum olardı.
Kiçikyaşlı uşaqlarda dostluğun rüşeymləri yaranan ilk günlərdən nəinki yoldaşının dediyini deyir, əksinə, onu nə qədər çox istəsə də, oyuncaqlarını onunla bölüşmək istəmir.
Bəzən elə uşaqlara rast gəlinir ki, bu uşaqlar başqasını heç cür yaxınına qəbul etmir, yoldaşla oynamaq ona xoş gəlmir, oyuncaqlarını bölüşmək onu narahat edir, yanında əlavə bir uşaq görmək istəmir. Demək, bu, elə xarakterdir ki, uşağın dosta ehtiyacı yoxdur. Əgər başqa bir uşağı onun yanına zorla qoymuş olsaq, onlar mütləq dalaşacaqlar, heç nəyi bölüşə bilməyəcəklər. Uşağı bu münasibətə alışdırmaq xatirinə bunu uzun müddət davam etdirsək, onda bizim uşağımızda davakarlıq əlaməti möhkəmlənəcək və bu xüsusiyyət xarakterinə hakim kəsiləcək. Problemin həll yolunu tapa bilməyən valideyn əlacsız qalıb uşağın ya dostunu dəyişməyə, ya da onu başqa bir kollektivə yönləndirməyə çalışacaq. Bütün bunlarsa pedaqoji müdaxilənin gecikməsi, pis adətlərin onun xarakterində möhkəmlənməsinin acı nəticəsidir. Ancaq bu, elə bir hədd deyil ki, biz əlimizi çəkib oturaq, hər hansı bir tədbir görməyək. Bax bu məqam əsl dost sözü, dost yardımı məqamıdır. Bu mürəkkəb vəziyyətdən çıxmaq, hər şeyə yenidən nəzər salmaq, genişliyi ilə hiss etmək qabiliyyəti valideyni ən doğru olanı düşünməyə vadar edir. Valideyn belə anlarda uşağın məsuliyyət hissini artırmalıdır; bu hiss yoxdursa, bunu ona aşılamalıdır. Bu hissi dərk edən zaman uşaq özünün təqsiri üzündən yoldaşlarının ondan necə uzaqlaşdığını və tək qaldığı zaman necə əzab çəkdiyini hiss edəcəkdir. Və bu vicdan əzabı onu özünə, kollektivə və yaxın yoldaşına vurduğu ziyanı mənən dərk etməsinə, günahını bilib üzr istəməsinə şərait yaradacaqdır. Nəticə etibarilə, uşaq öz həqiqi “mən”inə – dostuna qovuşacaqdır.
Aqillər deyirlər ki, dostunun sağ ayağı axsayırsa, sən sol ayağını axsat ki, dostluğunuz öz müvazinətini itirməsin. Uşağının dostluq zamanı bu tarazlığı qorumasında valideyn bilavasitə məsuliyyət daşıyır. Bu proses, əslində, ilkin mənbə kimi öz qidasını valideynlə uşaq arasında olan dostluqdan alır. Bu dostluq zamanı şərait elə təşkil olunmalıdır ki, uşaq ürəyindəkiləri çəkinmədən valideynə aça bilsin, ona tam etibar etsin. Valideynsə, ilk növbədə, uşağının dostluğu “əsl dost” həddinə çatana qədər öz səmimiyyəti ilə ona ən yaxın dost olaraq bu dostluğun fərdi xüsusiyyətlərini açıqlamalı, bu keyfiyyətləri ona aşılamalıdır. Bu zaman əsas şərt odur ki, uşaq özbaşına buraxılmasın.
Dostluq hissi uşağın həyatında elə bir mərhələdir ki, bəlkə də, valideyn uşağında hiss edib görə bilmədiyi mənfi xüsusiyyətləri kollektiv arasında, yoldaşı ilə dostluq münasibətində hiss edəcək, övladının nöqsanlarını aydın görəcəkdir. Özü də valideynin bu nöqsanları aşkara çıxarmaq üçün uzun-uzadı fikirləşməsindən, yollar aramasından fərqli olaraq, elə uşağın bu balaca dostu onun nöqsanlarını üzünə deyəcək, heç düşünmədən nöqsanlarını islah edəcək, fərqinə varmadan onu pis hərəkətlərdən uzaqlaşdıracaqdır. Deməli, uşağımızın dostluq münasibətlərini nə dərəcədə uzaqgörənliklə düzgün təhlil edə bilmişiksə, uşağımızın insanlarla münasibəti də o dərəcədə meydana çıxacaq.
Dost seçmək, münasibətləri düzgün sintez etmək olduqca məsuliyyətlidir. Ağına-bozuna baxmadan dost seçən, hər qabağına çıxana dost deyən insan otları tanımayan adamı xatırladır: şirin hesab etdiyi bitki acı dadır. Lakin onları tanıdıqda heç qorxusu olmur.
“Qabusnamə”də yazılıb ki, kimə aşağıdakı bu üç şey nəsibdirsə, o, əsl dost ola bilər: birincisi, ağıl, ikincisi, düzlük, üçüncüsü, insanlıq. Evimizin qapısını, süfrəmizi və pul kisəmizi belə dostların həmişə üzünə açıq qoyaq. Belə dost həmişə ələ düşməz. Əgər varsa, qədrini bilək!

Zəhra SEYİDOVA
Babək rayonu, Qoşadizə kənd tam orta
məktəbinin müəllimi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3278321
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
250
3513
16090
62967
3278321

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter