18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə müvafiq olaraq, hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın bu maddəsi əsasında ölkədə sosial təminat hüquqlarının həyata keçirilməsi üçün müəyyən qanunvericilik bazası yaradılmışdır. Həmin qanunvericilik bazası müəyyən edilmiş yaş həddinə çatdıqda, əlilliyə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini müvəqqəti itirdiyinə, işsizliyə görə sosial güzəşt və təminatların əhatə dairəsini və onların həyata keçirilmə mexanizmini müəyyən edir. Ona görə də vətəndaşların sosial təminat hüquqlarının tənzimlənməsi baxımından “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu böyük əhəmiyyət daşıyır. Qanunda sosial sığorta anlayışı ümumi şəkildə aşağıdakı qaydada ifadə olunmuşdur.
Sosial sığorta bu qanunla nəzərdə tutulmuş hallarda vətəndaşların itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Başqa sözlə desək, sosial sığorta tərəflər arasında razılaşmanın elə bir növüdür ki, sosial sığorta hadisəsi zamanı sığortaolunana dəymiş ziyan sığortaçı təşkilat tərəfindən qanunvericiliyə uyğun qaydada ödənilir. Qeyd olunan kompensasiya xarakterli ödəmələr Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilir. DSMF-nin büdcəsinin böyük bir hissəsi isə məcburi dövlət sosial sığortası hesabına formalaşır.

Hər il üçün DSMF-nin büdcəsi qanunla təsdiq olunur. Qanuna görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əmək ödənişləri ilə birlikdə həyata keçirilir. Qeyd olunan sığorta haqlarının ödəyiciləri isə sığortaolunanlar və Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün işəgötürənlərdir. Qüvvədə olan qanuna görə, sosial sığorta sahəsində vətəndaşların sosial sığortasının əsas 2 forması göstərilmişdir:
- məcburi dövlət sosial sığortası;
- könüllü (əlavə) sığorta.
Məcburi dövlət sosial sığortası “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilən sosial təminat formasıdır. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsi ilə işə qəbul olunan hər bir işçi məcburi dövlət sosial sığortası ilə əhatə olunmaqla sığorta iştirakçısına çevrilir. Barəsində məcburi dövlət sosial sığortası həyata keçirilən əmək müqaviləsi (kon­traktı) üzrə çalışan işçilər sığorta­olunan hesab olunur və onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta şəhadətnaməsi verilir. Ona görə də sosial sığortaya cəlb olunan hər bir şəxs və onun ailə üzvləri dövlət tərəfindən onlara verilən sosial təminat hüquqlarının qorunmasında maraqlı olmalıdır.
Qanunvericiliyə uyğun olaraq, müxtəlif fəaliyyət növləri üçün məcburi dövlət sosial sığorta haqları müəyyənləşdirilmişdir. Sosial sığortaya cəlb olunan şəxslər əgər öz fəaliyyətlərinə uyğun müəyyənləşdirilmiş məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsini təmin edərlərsə, onda onlar özlərini baş verə biləcək sosial sığorta hadisələrindən sığortalamış olacaqlar ki, bunlara da pensiya yaşına çatmaq, əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik, uşağın anadan olması, uşağa qulluq və sair daxildir.
Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçıları (sığorta­edənlər, sığortaolunanlar) mövcud qanunvericilik tələblərinə uyğun olaraq, fondda uçota durmalıdır. Uçota duran hər bir sığortaolunan fond tərəfindən sığorta şəhadətnaməsi ilə təmin edilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işçi əmək müqaviləsi bağlayarkən əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədlə bərabər dövlət sosial sığorta şəhadətnaməsini də (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim etməlidir. Dövlət sosial sığorta şəhadətnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formaya uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq qaydada verilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, bütün işəgötürənlər işçilərlə əmək müqaviləsi (kontraktı) bağladığı zaman qanunvericiliyin tələblərinə əməl etməklə onların məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidirlər. Ona görə də məcburi dövlət sosial sığortası yeganə sosial sığorta formasıdır ki, həyata keçirilməsində tərəflərin (işəgötürən və işçinin) razılığı tələb olunmur.
Könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə onların bağladıqları sığorta müqaviləsinin şərtlərinə uyğun tətbiq edilir. Ona görə də sosial təminatın bu forması tərəflərin əvvəlcədən qarşılıqlı razılıqları əsasında hər bir şəxs barəsində sosial sığorta hadisəsinə görə fərdi qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində könüllü sosial sığortanın iki forması göstərilmişdir. Bunlar işçilərin öz vəsaitləri hesabına müəyyən edilmiş qaydada sosial sığorta müqavilələri əsasında könüllü sığorta oluna bilməsi və işəgötürən­lərin, həmçinin onların birliklərinin işçilərin mənafelərinin təmin olunması, əmək funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, onların, eləcə də ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək kollektivini və ya onun ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını həyata keçirə bilməsidir.
Sığortanın könüllü forması nəzəri cəhətdən bu prinsiplərə istinad edir: könüllü sığorta qanun vasitəsilə və könüllü şəkildə tətbiq edilir; qanun könüllü sığortadan keçməyə yararlı olanları və sığortanın daha ümumi şərtlərini müəyyən edir; konkret şərtlər sığortaçı tərəfindən tərtib olunan sığorta qaydaları tərəfindən tənzimlənir, könüllü sığorta hər zaman sığorta müddəti ilə məhdudlaşdırılır: bu zaman müddətin əvvəli və sonu xüsusi olaraq müqavilədə razılaşdırılır. Belə ki, sığorta ödənişi sığorta müddəti ərzində sığorta hadisəsinin baş verməsi zamanı ödənilməlidir. Könüllü sığortanın fasiləsizliyini yalnız yeni müddətə müqavilənin təkrar olaraq yenidən imzalanması yolu ilə təmin etmək mümkündür; könüllü sığorta yalnız birdəfəlik və ya dövrü sığorta haqlarının ödənilməsi zamanı həyata keçirilə bilər; uzunmüddətli sığorta üzrə növbəti sığorta haqqının ödənməməsi müqavilənin qüvvədən düşməsinə səbəb olur.
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Pro­qramı”nda 2013-2015-ci illərdə yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üçün qanunvericilik bazasının hazırlanması və onların fəaliyyətə başlaması məsələləri nəzərdə tutulmuşdur. Qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bərabər, Dövlət Sosial Müdafiə Fondu vasitəsilə könüllü sığortalanmanın həyata keçiril­məsi də hal-hazırda diqqət mərkəzində olan məsələlərdəndir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu əhalini bir daha sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödənilməsində aktiv iştirak etməyə çağırır. Hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək gələcəkdə sosial müdafiə hüquqlarının tam təmin olunması ilə nəticələnəcək. Ona görə də təminatlı gələcəyimiz üçün sığorta haqlarını vaxtında ödəmək olduqca vacibdir.



Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3285676
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
524
3637
23445
70322
3285676

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter