15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Planetimizdə əsas radiasiya fonu təbii şüa mənbəyi hesabına yaranır. Təbii radiasiya mənbələri arasında ümumi radiasiya dozasına səbəb olan radon qazı birinci yerdədir. Adi radon maddəsi normal şəraitdə rəngsiz, dadsız, iysiz, təsirsiz qazdır. Həyat üçün təhlükəli ola bilər. Otaq temperaturunda ən ağır qazlardan biridir, havadan 7,5 dəfə ağırdır. O, yer qatının qalınlıqlarında mövcud olur və atmosferə tədricən yayılır. Amma öz-özlüyündə deyil, daha yüngül qazlar olan hidrogen, karbon qazı, metan, azot və başqalarına qarışaraq yayılır.
Son zamanlar alimlər aydınlaşdırmışlar ki, insanın radiaktiv şüalanmasına ən çox məhz radon qazı səbəb olur, radon qazı insanlar tərəfindən alınan şüalanmanın illik dozasının dörddə üçünü və təxminən bütün təbii mənbələrdən bu dozanın yarısını təşkil edir.

Qeyd edək ki, radon qazı insan orqanizmi üçün çox təhlükəlidir. Bu qaz, əsasən, texnogen proseslərlə yayılmış radionuklidlərin parçalanması nəticəsində əmələ gəlir. Radonun əsas mənbəyi geoloji süxurlardan hazırlanan və binaların inşasında istifadə olunan tikinti materiallarındakı radioaktiv element­lərdir. Radioaktiv tullantıların çox olduğu ərazilərdə, neftlə çirklənmiş torpaqlarda insan orqanizmi üçün zərərli olan radon qazı daha çox olur. Radon qazının digər başlıca mənbəyi tektonik çatlardır. Seysmoaktiv zona olan Azərbaycan ərazisində bu cür çatlar çoxdur. Belə çatlardan çıxan radon qazı, əsasən, binaların zirzəmilərində və birinci mərtəbələrində toplanır.
Radonun təhlükəsi nədən ibarətdir? Radon qaz olaraq tənəffüs vaxtı insan orqanizminə daxil olur və nəticədə, sağlamlıq üçün təhlükəli olan fəsadlar törədir. Hətta ağciyər xərçənginə də səbəb ola bilər. ABŞ-ın İctimai Sağlamlıq Xidmətinin məlumatına görə, radon insanlarda siqaretdən sonra ağciyər xərçənginin yaranmasına səbəb olan ikinci əsas risk faktorudur. Bütün onkoloji xəstəliklərin 20 faizinin səbəbi radonun orqanizmə təsiri ilə bağlıdır.
Əgər mənzilinizdə radonun miqdarının çox olduğunu düşünürsünüzsə, bir neçə sadə qaydalara əməl etməlisiniz. Bunun üçün döşəmənin çatlarını bağlamaq və divar kağızlarını düzgün yapışdırmaq lazımdır. Radon yığımının və radonun yayılmasının qarşısını almaq üçün mətbəxdə havatəmizləyici aspirator quraşdırmaq məsləhət görülür. Çalışın ki, zirzəmilərin və evinizin otaqlarının havasını tez-tez dəyişəsiniz. Unutmayın ki, havası dəyişilməyən yerdə radonun konsentrasiyası çox olur.
Evin su təchizatı zamanı quyudan istifadə edərkən radon suyun tərkibində evə daxil olur. Mətbəxdə və vanna otaqlarında əhəmiyyətli miqdarda toplana bilər. Radonla yeraltı suların əlaqəsi zamanı radon suda çox yaxşı həll olunur. Və su vasitəsilə orqanizmin həzm və nəfəs sisteminə daxil olur. Vanna otaqlarında nəfəsliklərin olmaması buxarın vanna otağında yığılmasına səbəb olur. Aldığımız nəfəslə birlikdə radon qazı da bədənimizə daxil olaraq ağciyər xərçənginin yaranmasına gətirib çıxarır.
Suyun tərkibindəki radonla mübarizə aparmaq kifayət qədər effektlidir. Radonla mübarizənin ən səmərəli metodlarından biri suyun hava ilə zənginləşdirilməsidir. Şəhərdə içməli su kəmərlərindən istifadə edərkən narahatlığa əsas yoxdur. Çünki sutəmizləyici stansiyalarda su emalının standart əməliyyatı aparılır. Fərdi su quyuları istifadəçilərinin aktivləşdirilmiş kömürdən istifadə etmələri məqsədəuyğundur. Aktivləşdirilmiş kömür əsasında hazırlanmış filtr sudakı radonun 99,7 faizini məhv edir.
Bir məqamı da unutmayaq ki, təbiətdə heç nə artıq deyil. Sadəcə, ondan düzgün və qədərində istifadə etmək lazımdır. Hər bir maddənin zərərli xassələri ilə bərabər, müsbət xüsusiyyətləri də vardır.
Tibdə radondan məlhəmlər hazır­lanmasında, radikulit, ağır əsəb və uroloji xəstəliklərin müalicəsində istifadə olunur.
Təkcə öz sağlamlığımız üçün yox, həm də ətraf mühitin təmizliyi üçün radon qazının mənfi təsirlərindən qorunmalıyıq.

Əbülfəz QAFAROV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276797
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2239
4179
14566
61443
3276797

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter